Lazare Qriqoriadis həbs edildi

“Molotov kokteyli” işi üzrə saxlanılan Lazare Qriqoriadis barəsində həbs qətimkan tədbiri seçilib.



Müdafiə tərəfi ona 10 000 lari məbləğində girov tətbiq edilməsini istəyib. Prokurorluq həbs qətimkan tədbiri seçilməsini istəyib.

Prokurorluğun mövqeyinə görə, o, “Rusiya qanununa yox” mitinqləri zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları istiqamətinə 2 dəfə "Molotov kokteyli" atıb. O, DİN-in avtomobilini də yandırıb. Onu 7 ildən 11 ilədək həbs gözləyir.

Mənbə: Netgazeti


 

Print