Marneuli bələdiyyəsinin 74 ictimai məktəbindən üçü 2023-cü ilin
direktorlar üçün imtahanını verə bilib.
Bələdiyyənin indi, ümumilikdə 10 nəfər imtahanı vermiş aplikantı
var. Onlar hələ ki, səlahiyyətləri icra edən şəxs statusu
daşıyırlar. Bir neçə il bundan əvvəl imtahan vermiş 7 nəfərə
həmişəlik sertifikat verilib. Üç nəfər isə hazırda imtahanın
birinci mərhələsini uğurla başa vurub. Yerli Resurs Mərkəzin rəhbər
səlahiyyətlərini icra edən Əli Qəhrəmanov "Marneuli" radiosu ilə
söhbəti zamanı bildirdi ki, 10 nəfər direktor statusu qazanmaq üçün
söhbət mərhələyə keçməli olacaq. Təqdim olunan namizədləri məktəbin
Qəyyumlar Şurası seçir.
Marneulinin direktorsuz qalmış 64 məktəbinə sertifikatlı kadrlar
gələnə qədər məktəbi səlahiyyətləri icra edən şəxslər idarə
edəcək.
Gürcüstan Təhsil və Elm Nazirliyinin təşəbbüsü ilə ictimai məktəb
direktoru olmaq istəyənlərin sertifikatlaşdırılma mərhələsi hələ 22
yanvarda keçirilib.
İmtahan üçün 3205 nəfər qeydiyyatdan keçib. Ancaq imtahanda 1839
aplikant qeydiyyatdan keçib. Marneulidən imtahanda neçə nəfərin
iştirak etdiyi məlum deyil. Ancaq ümumi göstəricilərə görə deyə
bilərik ki, rəqabət elə də böyük deyilmiş.
Qeyd edək ki, Marneuli radiosu 26 yanvar tarixində bu mövzu ilə
bağlı material hazırlamışdı. Təsadüfən seçmək prinsipi ilə
Marneulinin 15 nəfər direktor səlahiyyətlərini icra edən şəxsinə
zəng vurduq. Demək olar ki, onların əksəriyyəti imtahanda iştirak
etməyib. Buna səbəb olaraq isə sağlamlıq problemlərini qeyd
edirlər. Bir hissəsi isə imtahanın çətin olmasından danışır.
Direktor olmaq istəyənlər üçün söhbət mərhələsi 20 mart tarixində
başlayıb və 28 aprelə qədər davam edəcək.