Hökumət fındıq istehsalına subsidiya üçün büdcəni yenidən artırıb
Gürcüstan hökumətinin qərarına əsasən, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi 2022-2023-cü illərdə proqramın maliyyələşdirilməsinə ümumilikdə 23 980 000 lari ayırır ki, bu da ilkin büdcədən 3 045 000 lari çoxdur.

Nəticədə “Fındıq istehsalının təşviqi proqramı”nın büdcəsi yenidən artır. Proqramın büdcəsi artıq bir dəfə artırılıb. Hökumətin 3 aprel 2023-cü il tarixli qərarına əsasən, 20 milyon 935 min lari olan ilkin büdcə 21 milyon 470 min lariyə çatdırılıb.

Məlumat üçün bildirək ki, fermerlərə maliyyə yardımı almaq üçün ilkin şərtlərdən biri fındıq kadastrında qeydiyyatdan keçmək olub. Bundan əlavə, Gürcüstan vətəndaşı olan fiziki şəxs subsidiya almaq üçün ümumi sahəsi 0,2 ha-dan az və 3 ha-dan çox olmayan fındıq bağına sahib olmalıdır. Subsidiyanın məbləği 1 ha fındıq bağına görə 500 lari hesablanmaqla müəyyən edilir. Proqrama daxil olan benefisiarlar müvafiq balları Liberty Bankın aqrokartına köçürməklə subsidiya alacaqlar. Ballardan istifadə üçün son tarix 31 avqust 2023-cü ildir.


Mənbə: BPN

Print ელ. ფოსტა
FaceBook Twitter Google