Polis Acarıstanda qətl işinin üstünü açıb - bir nəfər saxlanılıb
Acarıstanda 35 yaşlı kişi ov tüfəngindən açdığı atəşlə 30 yaşlı qardaşını öldürüb. Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, həmin şəxs isti izlərlə yaxalanıb, cinayətin silahı – tüfəng maddi sübut kimi götürülüb.

“Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1988-ci il təvəllüdlü R.L. ailə üzvünə qarşı qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb. Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Xelvaçauri bələdiyyəsinin kəndlərindən birində qarşılıqlı mübahisə zəminində qardaşı - 1993-cü il təvəllüdlü R.L.-nı ov tüfəngindən açdığı atəşlə öldürüb və hadisə yerindən qaçaraq gizlənib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədən az sonra təqsirləndirilən şəxsi saxlayıblar. Polis cinayətin silahını - ov tüfəngini sübut kimi götürüb. Ailə üzvünə qarşı qəsdən adam öldürmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 11 Prima 109-cu maddəsi ilə araşdırılır",
- Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google