Marneulidə yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həyatını itirib
Bu gün, 18 iyul tarixində, səhər saatlarında Marneuli şəhərinin Kostava küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, 50 yaşlarında olan sürücü idarəetməni itirərək su kanalına düşüb. Qəza zamanı “Mercedes” markalı avtomobilin sürücüsü hadisə yerindəcə dünyasını dəyişib. Məlumata görə, dünyasını dəyişən şəxsin sağlamlıqla bağlı problemi olub.

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırma aparılır. Həmin maddə nəqliyyat vasitəsinin hərəkəti təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google