Gürcüstan parlamenti Qiorqi Qabitaşvilini baş prokuror
vəzifəsinə seçib.
Bu prosesin lehinə 80 deputat yekdilliklə səs verib.
Qərara əsasən, Qiorqi Qabitaşvili altı il bu vəzifədə olacaq.
Qeyd edək ki, baş prokuror vəzifəsi
İrakli Şotadzenin may ayında
səhhəti ilə əlaqədar istefa verməsindən sonra boş qalmışdı.
Q.Qabitaşvili isə 2013-cü ildən baş prokurorun müavini vəzifəsini
tutub. O, 2007-ci ildən isə baş prokurorluqda çalışır.