Abxaziyada müharibənin başlamasından 32 il keçir
Abxaziyada müharibənin başlamasından 32 il keçir. 1992-ci il avqustun 14-də Eduard Şevardnadzenin başçılıq etdiyi Gürcüstan Dövlət Şurasının qərarı ilə dəmir yollarında asayişi bərpa etmək üçün Gürcüstan Silahlı Qüvvələrinin bölmələri Abxaziyaya gətirildi. Gürcü birləşmələri Abxaziyaya daxil olduqda, Abxaziya Ali Sovetinin sədri Vladislav Ardzinba tərəfindən qanunsuz yaradılmış “Abxaz qvardiyası” Oçamçire rayonunun Oxurei kəndində yerləşən yol polisi postunda gürcü bölməsini
atəşə tutub.

Abxaziyada avqustun 14-də başlayan hərbi əməliyyatların əsas mərhələsi 13 ay 13 gün davam etdi və 1993-cü il sentyabrın 27-də Suxuminin süqutu ilə başa çatdı.

Suxuminin ələ keçirilməsi əməliyyatında abxaz birləşmələri ilə yanaşı, Şimali Qafqaz könüllüləri, habelə Rusiya hökuməti və Rusiya Silahlı Qüvvələrinin müxtəlif bölmələri tərəfindən səfərbər edilmiş kazaklar da iştirak edib.

Müharibə nəticəsində əsasən gürcülərdən ibarət 300 minə yaxın insan Abxaziya ərazisini tərk etməli oldu. Döyüş əməliyyatları nəticəsində gürcü tərəfdə hərbçi və mülki şəxslər şəklində 10 minə yaxın insan həlak olub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google