Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsi və
Acarıstan Polis İdarəsinin əməkdaşları birgə həyata keçirdikləri
əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində,
qəsdən sağlamlığa ağır zərər vurma və qanunsuz olaraq odlu silah
əldə etmə və saxlama ittihamı ilə axtarışda olan 1986-cı il
təvəllüdlü N.M.-yı həbs edib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, təqsirləndirilən
N.M bu ilin iyul ayında
şirkətlərdən birinin kuryeri T.S.-nin hər iki ayağına odlu silahla
qəsdən xəsarət yetirib və hadisə yerindən qaçıb.
“Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən, N.M
barəsində həbs qətimkan tədbiri olaraq qiyabi həbs edilib. Onun
törətdiyi cinayət 7 ilədək azadlıqdan məhrum etmə ilə
cəzalandırılır. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə
köçürülüb”, - deyə agentlikdən bildirilib.