Marneuli meriyası şagirdlərin nəqliyyatla təmin edilməsini
sadələşdirilmiş qaydada 40 550 lariyə, “Time Servis” MMC-dən
alıb.
Tender sənədlərinə görə, bu il şagirdlərin sayı artıb. Nəqliyyat
lazım olan məktəblərin sayına Marneulinin Sadaxlı kənd 1 saylı
məktəbi də əlavə olunub. Həmin məktəbdən şagirdlər Xuldərə və
Sadaxlı 2 sayl ictimai məktəbinə bölünüblər. 465 şagird Xuldərədə,
194 isə Sadaxlı 2 saylı
ictimai məktəbinə gedir.
Nəqliyyat xidmətinin təcili surətdə alınması məqsədi ilə Marneuli
meri Kənan Ömərova bələdiyyənin Əmlak İdarəetmə və Maddi-Texniki
Xidmət rəhbəri Aqil Əmircanov müraciət edib.
“Marneuli meriyasına Marneuli bələdiyyəsinin Resurs
Mərkəzindən gəlmiş 2024-cü il 29 avqust tarixində olan məktubla
əlaqədar xatırlatmaq istəyirəm ki, “İctimai məktəb şagirdlərinin
nəqliyyatla təmin edilməsi proqramı çərçivəsində” Marneuli
bələdiyyəsində məktəb şagirdlərinin nəqliyyatla təmin edilməsini
2024-cü ilin 10 yanvar tarixinə olan müqavilə əsasında “Time
Servis” MMC həyata keçirir. Təqdim olunan məktubdan aydın olur ki,
2024-cü ilin sentyabr-dekabr ayında mövcud olan istiqamətlər əlavə
tələb edir. Eləcə də şagird sayı da çoxalıb. Qeyd olunan
dəyişikliklə əlaqədar 2024-cü ilin 2 sentyabr tarixində “Time
Servis” MMC-yə məktubla müraciət etdik. “Time Servis” MMC
şagirdlərin nəqliyyatla təmin edilməsini yanız əlavə 1 nəzərə
almaqla həyata keçirməyə hazır olduğunu bildirir. Bu isə müqavilə
dəyərinin 64 658,84 lari artırılmasına səbəb olacaq”-
izahatnamədə yazılıb.
“Time Servis” MMC Marneulili şagirdlərə təxminən 5 ay ərzində 40
550 lariyə xidmət göstərməli olacaq. Şirkət 1 kilometrə 4,80 lari
alacaq.