Kvemo Kartlinin 6 məktəbində bu il birinci sinif yoxdur.
Bu barədə “Marneuli” radiosu yerli Təhsil Resurs Mərkəzindən
məlumat alıb.
Dmanisi Təhsil Resurs Mərkəzinin rəhbəri bizimlə söhbəti zamanı
bildirdi ki, bələdiyyədə birinci sinfi olmayan 2 məktəb var –
Ququti və Qızılhacılı kənd məktəbləri.
Bu il Tsalkanın bir məktəbində birinci sinfə heç bir şagird
qeydiyyatdan keçməyib.
Həmin bələdiyyənin Təhsil Resurs Mərkəzinin
rəhbərinin sözlərinə görə, Daşbaş kəndində birinci sinif şagirdi
yoxdur. Məktəb şagirdlərinin sayı isə həmin kənd məktəbində cəmi 7
nəfərdir.
Marneulidə bu il birinci sinfi olmayan üç məktəb var. Təhsil Resurs
Mərkəzinin nümayəndəsi İrma Davadzenin sözlərinə görə, Sioni,
Tserakvi və Ağqula ictimai məktəbləri birinci sinfə şagird qəbul
etməyib.
Bolnisi və Qardabani Resurs Mərkəzlərin nümayəndələri bildiriblər
ki, onların bələdiyyələrində birinci sinfi olmayan məktəb
yoxdur.
Kvemo Kartlinin daha bir bələdiyyəsinin – Tetritskaro Resurs
Mərkəzinin nümayəndəsi bizə məlumat vermədi və Təhsil Nazirliyinin
Mətbuat Mərkəzinə yönləndirdi.
“Marneuli” radiosu bələdiyyələrin Resurs Mərkəz nümayəndələrindən
birinci siniflərin olmamasının əsas səbəbini soruşdu. Buna əsas
səbəb olaraq kənddən köçmək, miqrasiya məsələləri qeyd olundu.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415