Marneuli meriyası yeni il ərəfəsində küçələrin bəzədilməsi üçün 165
200 lari dəyərində tender elan edib.
Yerli özünüidarə bu vəsaitlə yeni il bəzəkləri - işıqlandırma
sistemlərinin alışı, quraşdırılması və mövcud olanların bərpa
işlərini almağı planlaşdırır.
Tenderə əsasən, yeni il ərəfəsində Marneuli şəhəri ərazisində 16
yerin bəzədilməsi nəzərdə tutulur.
Həmin yerlər aşağıdakılardır:
- 26 May küçəsində parka qədər olan arkanın
bəzədilməsi
- 26 May küçəsi - “Yenə də böyüyəcəklər”
parkı
- 26 May küçəsinin meydanı – fəvvarə
işıqlandırılacaq
- 26 May küçəsi meydanından Qızılaclı körpüsünə qədər
işıqlandırılsın
- Səməd Vurğun küçəsindəki meydanın başlanğıcı
bəzədiləcək
- Rustaveli küçəsindəki Mərkəzi körpü
- Səməd Vurğun küçəsindəki meydan dəmir yolunun keçidində
bəzədiləcək
- Meriya binası, Mədəniyyət Evi
- Meriya binasının ətrafındakı park
- Mədəniyyət evinin ətrafındakı park
- Meydandan Rustaveli körpüsünə qədər
- Körpüdən bazara qədər
- Bazardan kanala qədər
- Kanaldan “Ata Holdinq”-ə qədər
- “Ata Holdinq”-dən Səməd Vurğun meydanına
qədər
- Meriya qarşısında Yeni il yolkasının qurulması və
sökülməsi
- Ehtiyac olduqda alıcı ilə razılaşma əsasında əlavə 3
(üç) yer
Tenderdə iştirak etmək istəyən şirkətlər 8-11 noyabr tarixlərində
öz təkliflərini göndərə bilərlər.
Bundan əlavə, yerli özünüidarə 2025-ci ilin gəlməsi ilə bağlı Yeni
il yolkasının işıqlandırılması tədbirinin təşkilatı xidmətlərinin
satın alınması üçün 91 350 lari dəyərində tender elan edib. Bu
vəsait ötən ilin eyni məqsədli tenderinin qiymətindən 26 395 lari
daha çoxdur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415