Rustavi Avto Bazarı 848 276 lari məbləğində cərimələnib

Gürcüstanın Rəqabət və İstehlakçıların Müdafiəsi Agentliyi (GCCA) avtomobil idxalçıları tərəfindən birgə verilmiş şikayət

əsasında başladığı araşdırmanı başa çatdırıb və “Rustavi Avtomobil Bazarı” MMC və “Mikado Georgia” MMC-nin dominant mövqedən sui-istifadə etdikləri faktını müəyyən edib – bu barədə məlumatı agentlik yayıb.

"Agentliyin məlumatına görə, məsələ ilə bağlı aparılan araşdırma çərçivəsində GCCA müəyyən edib ki, 2023-cü ildə Rustavi avtomobil bazarının ərazisində parkinq yerlərindən istifadə üçün bu şirkətlər qeyri-ədalətli şəkildə yüksək qiymətlərlə fəaliyyət göstəriblər. Qiymətlər iki və daha çox dəfə artırılıb ki, bu da bir parkinq yerinin gündəlik tarifilə “xərc + marja” arasında əhəmiyyətli fərq yaradıb. Nəticə etibarilə, bu hərəkətlər agentlik tərəfindən dominant mövqedən sui-istifadə və qeyri-ədalətli yüksək qiymətlərin müəyyən edilməsi kimi qiymətləndirilib.

Agentliyin qərarına əsasən, araşdırma nəticəsində vahid iqtisadi subyekt kimi müəyyən edilən hər iki şirkətə cəmi 848 276 lari məbləğində cərimə tətbiq olunub. Eyni zamanda, hər iki şirkət araşdırma zamanı agentliyə informasiyanı natamam təqdim etdiyinə görə 3 dəfə cərimələnib – ümumilikdə 26 000 lari. Son nəticədə isə, zəruri informasiyanın əldə olunması məhkəmə qərarı ilə mümkün olub.

Müvafiq sektorda rəqabətli mühitin yaxşılaşdırılması və gələcəkdə dominant mövqedən sui-istifadənin qarşısının alınması məqsədilə, agentlik baxılması üçün məcburi tövsiyə verib.
Bu tövsiyəyə əsasən, agentliyin qəbul etdiyi qərar və beynəlxalq təcrübə nəzərə alınmaqla, dominant mövqeyə malik iqtisadi subyektlər – göstərdikləri xidmətlərin və ya məhsulların qiymət siyasətini elə şəkildə qurmalıdırlar ki, qiymətin müəyyən olunmasından əvvəl rəqabətə zidd riskləri qiymətləndirib nəzərə alsınlar", - agentliyin açıqlamasında qeyd olunur.


GCCA tərəfindən qəbul edilən qərar, cavabdeh iqtisadi subyektlər tərəfindən bir ay ərzində Tbilisi Şəhər Məhkəməsində şikayət edilə bilər.

"Rustavi Avtomobil Bazarı" 2010-cu ildə Ticarət Reyestrində qeydiyyatdan keçib. Son çıxarışa əsasən, şirkətin 100%-lik payı Belizdə qeydiyyatdan keçmiş "Mikado Investment" şirkətinə məxsusdur.

Avtomobil bazarının direktoru – Ukrayna vətəndaşı Yevgeni Ustinov-dur.

Eyni hal "Mikado Georgia" üçün də keçərlidir: həm 100%-lik pay sahibi, həm də direktor eyni şəxsdir.



Mənbə: BPN

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google