2024-cü ildə çirkli pulların yuyulması işləri çərçivəsində 45 milyon lari və 502 daşınmaz əmlak müsadirə olunub

2024-cü ildə çirkli pulların yuyulması ilə bağlı işlər çərçivəsində Gürcüstan Prokurorluğu tərəfindən

45 milyon lari dəyərində vəsait (bu, 2023-cü illə müqayisədə 11,4% azdır), 502 daşınmaz əmlak (bu isə 117% artımdır) və 89 avtomobilin (artım 2,3%) müsadirəsi və dondurulması əməliyyatları həyata keçirilib. Bu məlumat Gürcüstan Prokurorluğunun 2024-cü il fəaliyyət hesabatında yer alır.

Ötən il çirkli pulların yuyulması ilə bağlı 110 cinayət işi üzrə istintaq başlanıb və 107 şəxs barəsində (99 fiziki və 8 hüquqi şəxs) cinayət təqibi aparılıb.

Cinayət yolu ilə əldə olunan əmlakın müsadirəsi göstəricilərinə gəlincə, bu kateqoriyada 27,2 milyon lari, 36 avtomobil və 33 daşınmaz əmlak qeyd olunur.

Qeyd edilməlidir ki, 2024-cü ilin əvvəlindən Gürcüstan Prokurorluğu kriptovalyutanın izlənməsi və təhlili üçün xüsusi proqram əldə edib ki, bu da istintaq prosesinə əhəmiyyətli dərəcədə kömək edir.

Mənbə: BPN

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google