24 may tarixində gənc şair və yazıçı Azər Musaoğlunun yeni
kitabının imza günü keçiriləcək.
Müəllif “Mezozoy erasında yadplanetli” adlı ilk şeirlər toplusu ilə
saat 14:00-da M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində
oxucularla görüşəcək.
“Mezozoy erasında yadplanetli” Azər Musaoğlunun ilk kitabıdır və
buraya müəllifin son illərdə qələmə aldığı şeirlər daxil edilib.
Əsər 300 nüsxə tirajla Tbilisidə fəaliyyət göstərən “Mtsiqnobari”
nəşriyyatında çap olunub.
Kitabın ön sözünün müəllifi və redaktoru Gürcüstan Yazıçılar
Birliyinin Azərbaycan bölməsinin rəhbəri Allahverdi Təhləli,
korrektoru Aynurə Əliyeva, dizaynı isə Elsevər Əhmədova məxsusdur.
Nəşr Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının
maliyyə dəstəyi ilə ərsəyə gəlib.
Qeyd edək ki, Azər Musaoğlunun ilk kitabının
təqdimat mərasimi artıq 4 may tarixində Tbilisidə yerləşən
Gürcüstan Yazıçılar Evində baş tutub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415