ABŞ-nin Texas ştatında 22 yaşlı hərbi qulluqçu Teylor Adam Li həbs
olunub.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, ona qarşı "M1A2 Abrams"
tankının zəif tərəfləri barədə məxfi məlumatları ötürməyə cəhd
ittihamı irəli sürülüb.
İstintaqın versiyasına görə, 2025-ci ilin iyununda yüksəksəviyyəli
məxfi rejimə çıxışı olan Li tankla bağlı məlumatları onlayn şəkildə
göndərib və Rusiyaya kömək təklif edib. Yazışmalarında
o, Rusiya
Federasiyasına "könüllü şəkildə" yardım etməyə razı olduğunu
bildirib.
İyulda 22 yaşlı hərbçi Rusiya hökumətinin nümayəndəsi olduğunu
düşündüyü şəxslə görüşüb və ona məxfi məlumatların olduğu flaşkartı
təqdim edib. Görüş zamanı tankın bir detalının ötürülməsi müzakirə
olunub. Ayın sonunda Li həmin detalı Texasdakı anbara çatdırıb və
qarşı tərəfə tapşırığın yerinə yetirildiyini bildirib.
Federal Təhqiqat Bürosunun əks-kəşfiyyat departamentinin
direktorunun müavini Roman Rojavskinin sözlərinə görə, Li ötürdüyü
məlumatlar qarşılığında Rusiya vətəndaşlığı alacağına ümid edib və
əlaqə qurduğu şəxsin Rusiya kəşfiyyatının nümayəndəsi olduğuna
inanıb.
2023-cü ilin payızında ABŞ Ukraynaya 31 ədəd "M1A1 Abrams" tankı
verib. "The New York Times" qəzetinin xəbərinə görə, 2025-ci ilin
yazına qədər bu tanklardan 19-u Rusiya ordusu tərəfindən ya məhv
edilib, ya zədələnib, ya da ələ keçirilib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415