İran yenə də Məhsa Əmininin məzarının ziyarətinə imkan verməyib
İran hakimiyyəti Məhsa Əmininin ailəsinə onun ölümünün üçüncü ildönümündə anım tədbiri keçirməyə imkan verməyib. 22 yaşlı Əmininin guya hicab qaydasını pozduğuna görə saxlanandan sonra polisdə ölümü ölkədə böyük etirazlara səbəb olmuşdu.

Onun ailəsinə yaxın mənbə sentyabrın 16-da AzadlıqRadiosunun fars xidmətinə (Radio Fərda) deyib ki, İranın Kürdüstan vilayətində, Saqqızda kəşfiyyat rəsmiləri Məhsanın atası Əmjad Əminini çağıraraq tədbir

keçirməməklə bağlı xəbərdarlıq ediblər.

Dükanlar bağlı qalıb
İnternetdə paylaşılan həvəskar videolarda sentyabrın 16-da Saqqızda dükanların bağlı olduğu görünür – yerli dükan sahibləri ildönümünü tətillə anıblar.

Adının açıqlanmasını istəməyən mənbə bildirib ki, sentyabrın 14-dən təhlükəsizlik qüvvələri ailənin Saqqızdakı evinin qarşısında onların hərəkətlərini izləyirlər.

Mənbənin sözlərinə görə, təhlükəsizlik qüvvələri Əmininin dəfn olunduğu Ayçi qəbiristanlığının girişini kəsərək məzarın ziyarətini önləyiblər. Heç ailə üzvlərinə də qəbiristanlığı ziyarət etməyə icazə verilməyib.

"Radio Fərda"nın mənbələri əlavə edib ki, hakim orqanlar qəbiristanlığa gedən yolları bağlamaq üçün yaxınlıqdakı su anbarından Saqqız çayına su buraxıb.


Ötən il də oxşar tədbirlər görülmüşdü
Oxşar tədbirlər ötən il, Əmininin ölümünün ikinci ildönümündə də görülüb.

Əminin ölümü İranda geniş etirazlara səbəb olub. Qadınlar baş örtüklərini çıxararaq dini rejimə, o cümlədən Ali dini rəhbər Əli Xameneyiyə qarşı şüarlar səsləndiriblər. Hakimiyyət orqanları etirazları zorakılıqla yatırdıb, 500-dən çox insan öldürülüb, 20 mindən çox adam həbs olunub.

Hakimiyyət 2022-ci il "Qadın, Həyat, Azadlıq" etirazları zamanı, ondan sonra baş vermiş ciddi insan hüquqları pozuntularını effektiv, ədalətli və müstəqil araşdırmayıb. Bunu "Human Rights Watch" insan haqları təşkilatı ildönümü münasibətilə bəyanatında qeyd edib. Qurumun İran üzrə aparıcı tədqiqatçısı Bahar Səba deyib ki, İran hakimiyyətinin qəddar zorakılığına məruz qalmış qurbanlar və onların ailələri üçün ədalət perspektivi yoxdur, "çünki ədaləti təmin etməli olanlar özlərinin pozuntularda və cinayətlərdə əli var, digərlərini də məsuliyyətdən qoruyurlar".

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google