Tsalka, Bolnisi, Qardabani və Dmanisi merləri rəqabətsiz qalib gəlib
Kvemo Kartli bölgəsinin dörd bələdiyyəsində tək namizədli seçkilər keçirilib. Oktyabrın 4-də keçirilən seçkilərdə Tsalka, Qardabani, Tetritskaro və Dmanisidə mer vəzifəsinə yalnız “Gürcü Arzusu” partiyasının namizədləri qatılıb.

İlia Sabadze Tsalkada 7 574 səslə qalib gəlib. Tsalka bələdiyyəsində ümumilikdə 19 727 seçici qeydə alınıb.

Mixail Aptsiauri Tetritskaronun meri olub. O, 8 852 səs toplayıb. Tetritskaro bələdiyyəsində ümumilikdə 20

306 seçici qeydiyyatdadır.

Qardabani merliyinə namizəd Davit Karqareteli 30 064 səs toplayıb. Qardabani bələdiyyəsində 74 755 seçici qeydiyyatdadır.

Koba Muradaşvili Dmanisi merliyi uğrunda rəqibsiz mübarizə aparıb. O, 11 103 səs toplayıb. Dmanisidə ümumilikdə 50 seçki məntəqəsi açılıb, bələdiyyə üzrə 23 291 seçici qeydə alınıb.

Gürcüstanda yerli özünüidarəetmə seçkiləri oktyabrın 4-də keçirilib.

Seçki prosesi əvvəlki seçkilərdən fərqli olub, çünki müxalifət partiyalarının əksəriyyəti seçkiləri boykot edib. Onlar 2024-cü il parlament seçkilərini tanımadıqlarını və qeyri-legitim hakimiyyətin təyin etdiyi seçki komissiyasına inanmadıqlarını bildiriblər.

Əksər beynəlxalq və yerli müstəqil təşkilatlar bu seçkiləri müşahidə etməyiblər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google