“Lelo – Güclü Gürcüstan” Marneuli rayon təşkilatının rəhbəri Aqil
Mustafayevin sözlərinə görə,
“Gürcü Arzusu” partiyası seçki məntəqələrinə gələn seçicilərin
sayını maksimuma çatdırıb ki, müxalifət partiyalarının
nümayəndələrinin Bələdiyyə Məclisinə daxil olmaq imkanı
qalmasın.
Mustafayev bildirib ki, 2025-ci il oktyabrın 4-də bütün Gürcüstanda
keçirilən yerli özünüidarəetmə seçkiləri, xüsusilə Marneuli
bələdiyyəsində, saxtalaşdırılıb.
“Hər kəs gördü ki, bu seçkilər əvvəldən axıra qədər
saxtalaşdırılıb. Üstəlik, bizim rayonda saxtakarlıq faktları daha
çox olub və bununla bağlı sübutlar da var. Kim daha çox saxtakarlıq
edəcəyini görmək üçün bir-biri ilə yarışırdı. 50 000 seçicinin
sonuncu dəfə nə vaxt seçkilərdə iştirak etdiyini xatırlamıram –
ümumiyyətlə, bu çox böyük rəqəmdir. Bütün Marneuli və bütün
Gürcüstan bunu gördü. Bir məntəqədə 1728 səs toplamaq imkanı sıfıra
bərabərdir,” – Aqil Mustafayev deyib.
Onun sözlərinə görə, “Lelo – Güclü Gürcüstan” partiyası hələlik
Marneuli Bələdiyyə Məclisində neçə mandat qazandığını dəqiq
bilmir.
“MSK-nın nəticələrinin necə olacağını dəqiq bilmirəm,
amma hesablamalarımıza görə, söhbət bir nəfərin Məclisə daxil
olmasından gedir. Ümumiyyətlə, onlar müxalifətdən bir nəfəri belə
Bələdiyyə Məclisinə buraxmamağı planlaşdırırdılar. Bu, “Gürcü
Arzusu”nun planı idi. Əvvəla, seçkiyə gələn 4 000 seçiciyə –
təhdidlərə, təzyiqlərə və şantajlara baxmayaraq seçkilərdə iştirak
edib müxalifət partiyasına səs verdiklərinə görə – minnətdarlığımı
bildirirəm,” – Aqil Mustafayev deyib.
Aqil Mustafayev “Lelo – Güclü Gürcüstan” partiyasının proporsional
siyahısında birinci yerdədir. Bələdiyyə Məclisinə “Lelo”
proporsional siyahı üzrə heç olmasa bir nəfəri daxil edə bilsə,
Mustafayevin Məclisə daxil olub-olmaması məsələsi gündəmdə
olacaq.
“Mənim Məclisə daxil olub-olmayacağım barədə hələ qərar
verməmişəm. Mənim üçün ən önəmlisi aylardır çalışan komandanın
qərarıdır. İkincisi isə təbii ki, bizə səs verən seçicilərin
fikridir. Bu insanlar qərar verdikdən sonra mən də öz qərarımı
açıqlayacağam,” – Mustafayev bildirib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Gürcü Arzusu”
partiyası seçkilərdə 43 425 səs toplayıb ki, bu da seçkilərdə
iştirak edənlərin 90,268 faizinə bərabərdir. “Lelo – Güclü
Gürcüstan” isə Marneulidə 3 293 səs toplayıb, bu da seçkilərdə
iştirak edənlərin 6,845 faizini təşkil edir.
Oktyabrın 4-də Gürcüstanda yerli özünüidarəetmə seçkiləri
keçirilib. Seçki prosesi əvvəlki seçkilərdən fərqli olub, çünki
müxalifət partiyalarının əksəriyyəti etiraz əlaməti olaraq bu
prosesə qatılmayıb. Onlar 2024-cü il parlament seçkilərini
tanımadıqlarını və qeyri-legitim hökumətin təyin etdiyi seçki
komissiyasına inanmadıqlarını bildiriblər.
Əksər beynəlxalq və yerli müstəqil təşkilatlar isə bu seçkiləri
müşahidə etməyiblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.