Avtoritar Türkmənistanın əksər sakinləri üçün xaricə bircə təyyarə
səyahəti belə əlçatan deyil.
Amma hakim Berdiməhəmmədov ailəsinin şəxsi istifadəsinə beşinci
VIP-təyyarə əlavə olunub. Jurnalistlərin korrupsiya araşdırmaları
layihəsi olan OCCRP bunun Türkmənistanın dövlət resurslarının
sülaləyə xərclənməsinin göstəricisi olduğunu yazır.
2023-cü il dekabrın 6-da "Türkmənistan Hava Yolları"na məxsus
"Boeing 737" təyyarəsi Aşqabaddan ABŞ-yə birtərəfli reys edib. Bir
il sonra isə
qlamur dəyişikliklə yenilənmiş halda dönür. 118 ekonom
yerlik standart təyyarə qızıl örtüklü aksesuarlar, şəxsi duş və
ənənəvi türkmən ornamentləri ilə bəzədilmiş şahzadəyə
çevrilmişdi.
OCCRP uçuş qeydlərinə əsasən bu təyyarənin Türkmənistanın hakim
ailəsinin istifadə etdiyi digər dörd VIP təyyarənin cərgəsinə
qoşulduğunu bildirir. Jurnalistlər təyyarənin izinə onu hakim
ailənin səfərlərindən çəkilmiş fotoşəkillərdə görəndən sonra
düşüblər.
Xalçalar, at heykəlləri
Təyyarənin ABŞ-də bəzədilməsi işinə "Citadel Completions" butiki
baxıb. Şirkətin reklamlarında onun "ən seçici müştərilər üçün
xüsusi interyerlər" hazırladığı vurğulanır. Ötən ilin iyulunda
şirkətin Instagram səhifəsində Türkmənistanın yaşıl-ağ bayrağına
boyanmış "Boeing 737"nin anqarda fotosu paylaşılıb.
"Citadel"in interyer dizaynı üzrə meneceri Konnor Oliver Vaysent
şəxsi səhifəsində daha çox detal paylaşıb. Fotolarda təyyarənin
içinin ultra-dəbdəbəli Orta Asiya ornamentləri, türkmən xalçaları,
Axaltəkə atlarının heykəlləri ilə bəzədildiyi görünür.
Şirkət məsələni şərh etməyib. Vaysent isə jurnalistlər şərh üçün
müraciət edəndən sonra fotoları saytından silib.
"Citadel" şirkətinin vitse-prezidenti 2023-cü ildə "Forbes"
jurnalına deyib ki, bir təyyarənin lüks yenilənməsi 140 milyon
dollara qədər başa gələ bilər: "Səmada saray qurmaq çox
mürəkkəbdir".
"Türkmənqaz" və dövlət büdcəsinin milyonları
Türkmən mülki aviasiya orqanları bu layihə, onun qiyməti barədə
şərh verməkdən imtina edib. Amma OCCRP ipucu verəcək bəzi rəqəmlər
tapıb.
2008-ci ildə ovaxtkı prezident Qurbanqulu Berdiməhəmmədovun
sərəncamı ilə 55 milyon dollara "Boeing 737-700" satın alınıb.
Texasda yerləşən bir təyyarə interyeri dizayn şirkətinə VIP təmir
üçün əlavə 21 milyon dollar ödənib. Ödənişləri "Türkmənqaz" milli
qaz şirkəti gerçəkləşdirib.
2017-ci ildə prezident hava donanmasından daha bir "Boeing 737"də
işlər üçün dövlət büdcəsindən 32 milyon dollardan çox vəsait
Texasda başqa bir dizayn şirkətinə ödənilib və sairə.
Ata Q.Berdiməhəmmədov 2006-cı ildə Türkmənistan prezidenti postuna
keçib. 2022-ci ildə hakimiyyəti oğlu Sərdara ötürüb.
Berdiməhəmmədov özü və ailəsi ətrafında şəxsiyyətə pərəstiş
yaratmaqda ittiham olunur.
Ən yeni "Boeing 757" təyyarəsini onun qızı, prezident Sərdar
Berdiməhəmmədovun bacısı Oğulhacan Atabayeva istifadə edir. Amma bu
səfərlər ictimaiyyətə açıqlanmır. OCCRP təyyarələrin uçuş xəttini
izləyib. Məsələn, iyulun ortalarında Oğulcahan atası ilə birlikdə
Bakıya səfər edib. Amma onlar birlikdə uçmayıblar. Ata Bakıya
EZ-A777 qeydiyyat nişanlı "Boeing 777", qızı isə yeni təmir edilmiş
"Boeing 757"də gedib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.