Strateji və xüsusi əhəmiyyətli obyektin qrup halında ələ
keçirilməsinə cəhd və qrup halında zorakılıqda iştirak ittihamı ilə
saxlanılan
yeddi nəfər barəsində məhkəmə həbs qərarı çıxarıb.
Bu qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Arsen Kalatozişvili
qəbul edib.
Bugünkü iclasda saxlanılan Mamuka Labuçidze, Konstantine Kokaia,
Vladimir Qvelesiani, Nika Qvencadze, Quriel Kardava, Zura
Çavçani¬dze və Koba Epitaşvili barəsində qətimkan tədbirinin
seçilməsi
məsələsi müzakirə olunub.
Dövlət ittihamı onların hamısına ən sərt qətimkan tədbiri – həbsin
tətbiqini tələb edib.
Prokuror Tamar Bejuaşvilinin sözlərinə görə, saxlanılan şəxslərin
gizlənmə, yeni cinayət törətmə və sübutları məhv etmə riski
mövcuddur.
Müdafiə tərəfi bu arqumentlə razılaşmayaraq, prokurorluğun
vəsatətinə qarşı çıxıb.
Vəkillər təqsirləndirilən şəxslərin heç bir qətimkan tədbiri
olmadan azad buraxılmasını, alternativ halda isə 5 000–7 000 lari
məbləğində girov tətbiq edilməsini təklif ediblər.
Onların sözlərinə görə, işdə sübut yoxdur və saxlanılanların “qrup
zorakılığında iştirak edənlər” kimi təqdim olunması, əslində,
etirazların neytrallaşdırılmasına xidmət edir.
Məlumata görə, Vladimir Qvelesiani, Nika Qvencadze, Mamuka
Labuçidze, Quriel Kardava, Zura Çavçani¬dze və Konstantine Kokaia
Gürcüstan Cinayət Məcəlləsinin 19-222-ci maddəsinin 2-ci hissəsinin
“a” bəndi (strateji və xüsusi əhəmiyyətli obyektin qrup halında ələ
keçirilməsinə cəhd) və 225-ci maddənin 2-ci hissəsi (qrup halında
zorakılıqda iştirak) ilə ittiham olunublar. Bu maddələrə əsasən,
altı ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Koba Epitaşvili isə yalnız 225-ci maddənin 2-ci hissəsi (qrup
halında zorakılıqda iştirak) üzrə ittiham olunur. Bu da eyni
şəkildə altı ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.