ABŞ aeroportlarında uçuşlar 10 faiz azaldılır. Şatdaun rekordu – 36 gün
ABŞ-nin 40 əsas hava limanında uçuşların sayı 10 faiz azaldılır. Ölkənin nəqliyyat naziri Şon Daffi noyabrın 5-də bunu şatdaunun (hökumətin bağlanması) artıq 36-cə günə keçməsi ilə izah edib.

ABŞ tarixində ən uzunmüddətli şatdaun səbəbindən 13 min hava hərəkəti dispetçeri, Nəqliyyat Təhlükəsizliyi İdarəsinin 50 min əməkdaşı maaş almadan işləməyə məcbur qalıb.

Tramp administrasiyası şatdaunun bitməsi üçün demokratlara təzyiqi artırır, aviasiya sahəsində ciddi pozuntuların baş verə biləcəyi ilə bağlı xəbərdarlıqlar edir. Demokratlar isə respublikaçıları əsas səhiyyə subsidiyaları ilə bağlı danışıqlardan imtina etdiklərinə görə günahlandırırlar.

Şatdaun başlayandan on minlərlə reys yubanıb. Aviaşirkətlər dispetçer çatışmazlığının azı 3.2 milyon səyahətçiyə təsir göstərdiyini bildirirlər.

Hökumət oktyabrın 1-dən bağlanıb. Bu müddətdə aztəminatlı amerikalılara ərzaq yardımı göstərilməyib. Hökumət bir sıra xidmətləri qapadıb, 750 minədək federal işçi məcburi məzuniyyətə göndərilib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək

üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print ელ. ფოსტა
FaceBook Twitter Google