Gürcüstan Prokurorluğu böyük miqdarda narkotik vasitələrin qanunsuz
əldə edilməsi, saxlanması və satışına kömək etmə faktına görə bir
nəfərə qarşı ittiham irəli sürüb.
Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki,
təqsirləndirilən şəxs qanunsuz yolla 4,8398 qram
“tetrahidrokannabinol” adlı narkotik maddəni (böyük miqdar sayılan)
və 1106 qram “qurudulmuş marixuana” adlı narkotik vasitəni
(xüsusilə böyük miqdar sayılan) əldə
edərək, satış məqsədilə
Lançxuti şəhərində yerləşən evində qablaşdırıb saxlayırdı.
Hüquq-mühafizə orqanları tərəfindən onun yaşayış evində aparılan
axtarış zamanı qablaşdırılmış narkotik vasitələr və qablaşdırma
üçün nəzərdə tutulan əşyalar götürülüb.
Saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin bir neçə
maddəsi üzrə ittiham irəli sürülüb, o cümlədən:
- 260-cı maddənin 2-ci hissəsinin “a” və “e” bəndləri –
narkotik cinayətə görə əvvəllər məhkum edilmiş şəxs tərəfindən
böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və
saxlanması;
- 260⁴-cü maddənin 5-ci hissəsinin “a” və “e” bəndləri –
narkotik cinayətə görə məhkum edilmiş şəxs tərəfindən böyük
miqdarda narkotik vasitənin qanunsuz satışına kömək
etmə;
- 260-cı maddənin 2-ci hissəsinin “e” və 3-cü hissəsinin
“a” bəndləri – narkotik cinayətə görə məhkum edilmiş şəxs
tərəfindən xüsusilə böyük miqdarda “qurudulmuş marixuana”nın
qanunsuz əldə edilməsi və saxlanması;
- 260-cı maddənin 1-ci hissəsi – narkotik vasitənin
qanunsuz əldə edilməsi və saxlanması;
- 260⁴-cü maddənin 2-ci hissəsinin “e” və 3-cü hissəsinin
“a” bəndləri – narkotik cinayətə görə məhkum edilmiş şəxs
tərəfindən xüsusilə böyük miqdarda “marixuana”nın qanunsuz satışına
kömək etmə.
Bu maddələr üzrə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə
cəzası nəzərdə tutulur.
Prokurorluğun vəsatəti əsasında, məhkəmə təqsirləndirilən şəxs
barəsində həbs qətimkan tədbiri seçib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.