Xəbərlər
DİN “İstanbul bazarı” ərazisində yanğının yaranmasına görə 1 nəfəri saxlayıb
DİN-in Kvemo Kartli Polis Departamentinin əməkdaşları operativ əməliyyat nəticəsində 1999-cu il təvəllüdlü D.M.-nı başqa əşyalara zərər vurmaq və ya məhv etmək ittihamı ilə saxlayıblar.
İstintaq müəyyən edib ki, D.M cari ilin 1 noyabrında gecə saatlarında Rustavi şəhərində yerləşən “İstanbul bazarının” ətraf ərazisində yerləşən “Lurc Market” MMC yandırıb və hadisə yerindən qaçıb. Yanğın nəticəsində 800 kv.m sahədə yerləşən tikili-binalar və həyətdəki mikro avtobus yanıb. Yanğın bazardakı 50-yə yaxın ticarətçiyə də zərər vurub.

İstintaq yanğının vurulması və əşyalara zərər yetirilməsi faktına dair Gürcüstan CM-nin 187-ci maddəsinin 2-ci hissəsi ilə gedir.

Mənbə: police.ge

| Print |