ABŞ Dövlət Departamentinin hesabatına görə, siyasi zorakılıqlarla bağlı məsuliyyətə cəlb olunma problem olaraq qalıb
Siyasi zorakılıqlarla bağlı məsuliyyətə cəlb etmə, o cümlədən president seçkilərinin ikinci turunadək müxalifət nümayəndələrinə qarşı bir sıra hücumlar problem olaraq qalıb. Bu barədə ABŞ Dövlət Departamentinin 2018-ci il üçün insan hüquqları hesabatının Gürcüstanla bağlı hissəsində qeyd olunub.

“Daxili İşlər Nazirliyinin məlumatına görə, 22 noyabr tarixində 22 nəfərə qarşı zorakılıqla bağlı ittiham irəli sürülüb. Belə insidentlərdən birində Axalkalakidə “Vahid Milli Hərəkat”ın dörd nəfər fəalı döyülmüşdü. Daxili İşlər Nazirliyi “Gürcü Arzusu”nun dörd nəfər fəalına qarşı ittiham irəli sürmüşdü. Digər hallarda isə DİN müxalifətin hücumların seçkilərlə əlaqəli olduğu barədə iddiaları ilə razılaşmırdılar”, – hesabatda deyilir.

Hesabatda o da qeyd olunub ki, NDI-ın bəyanatına görə, “Bu seçkilərdə ictimai təşkilatlara və onların liderlərinə qarşı dövlət məmurları tərəfindən aqressiv, fərdiləşmiş və görünməmiş hücumlar çox təəccüblü idi”.


Print ელ. ფოსტა
FaceBook Twitter Google