“Gürcüstanın güclülüyü daim onun rəngarəngliyində olub” – Mamuka Baxtadze Marneulili sakinlərinin Novruz bayramını təbrik edib
Bu gün, 21 mart tarixində Novruz bayramı qeyd
olundu.
Bu
günlə əlaqədar Marneulidə baş tutan bayram tədbirində vətəndaşlara
Gürücstanın baş naziri Mamuka Baxtadze müraciət etdi.
Baş nazir təbriki zamanı Gürcüstanın rəngarəngliyi və çox əsirlik
tarixindən danışdı.
“Bugünkü gününüzü, Novruz bayramınızı təbrik edirəm.
Yazın gəlişini, yeni həyatın bizim yaşamımıza, ailələrimizə daxil
olmasını təbrik edirəm. Gürcüstanın gücü daim onun rəngarəngliyində
olub. Bizim gücümüz daim bizim, Gürücstan övladlarının ölkəmizin
inkişafı, birgə vətənimizin irəli getməsi üçün yan-yana,
çiyin-çiyinə çalışmasında olub və bu sevgini, bu böyük qardaşlığı
şərhsiz bizim gələcək nəsillərə ötürməliyik. Biz Gürcüstanda, çox
əsrlik tarixi və birlik tarixi olan ölkədə yaşayırıq. Bir daha
istəyirəm hamınızı bu gün münasibəti ilə təbrik edim və uğurlar
arzulayım. Allah Gürcüstanı qorusun, sevinin” –
Mamuka Baxtadze bildirib.
Baş nazir Novruz bayramı münasibəti ilə Gürcüstana qonşu ölkə
Azərbaycanın vətəndaşlarını da təbrik edib.