İstintaq Xidməti aldatmaqla başqasının böyük miqdarda mülkünü mənimsəməyə cəhd etmə faktı ilə bağlı bir nəfəri saxlayıb (VİDEO)
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları aparılan operativ əməliyyat nəticəsində aldatmaqla başqasının böyük miqdarda mülkünü mənimsəməyə cəhd etmə faktı ilə bağlı bir nəfəri saxlayıb.

İstintaq nəticəsində aydın olub ki, müttəhim bir nəfərə zəng vurub və onun etibarını qazanıb. Onun zəng vurduğu şəxsin köçürdüyü əlavə dəyər vergisindən 112 000 lari artıq qalıbmış. Dələduzluqda ittiham olunan şəxs onu əmin edib ki, müxtəlif vəzifədə olan şəxslərlə əlaqə saxlayaraq ƏDV-də olan məbləği götürməsinə kömək edəcək, bunun qarşılığında isə 35 000 lari istəyib. Müttəhim bu məbləğdən 20 000 lari əvvəlcədən verilməsini tələb edib və o, həmin məbləği götürərkən saxlanılıb.

Hadisə ilə bağlı Cinayyət Məcəlləsinin 19-180-ci maddəsinin üçüncü hissəsi ilə istintaq aparılır. Həmin maddə 6 ildən 9 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

Mənbə: is.ge

Print