Algetinin uşaq bağçası üçün içməli su quyusunun qazılmasına başlayıb
Algeti uşaq bağçası üçün içməli su quyusunun qazılmasına başlayıb. 200-ə qədər uşağın yerləşdiyi bağça keçən ilin oktyabr ayında açılıb. Bağça açıldığı gündən oraya içməli su verilmirmiş. Marneuli Uşaq Bağçaları Birliyinin direktoru Zaur Kərəmov “Marneuli” radiosu ilə söhbəti zamanı deyir ki, quyunun qazılması üçün meriya tender elan edib.

"Algeti uşaq bağçasında suyu özəl şirkət tərəfindən alırdılar, texniki olara isə suyu valideynlərin birinin həyətindəki quyudan istifadə edirdilər" - Kərəmov deyir.

Bağçaya içməli suyun verilməsi üçün bələdiyyə 42 937 lariyə qədər vəsait xərcləyəcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები