Qudauri-Kobinin bir hissəsində təmizləmə işlərinə başlanılıb

Gürcüstanın Regional İnkişaf və İnfrstruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, Mtsxeta-Stepandzminda-Lars

avtomobil yolunun Qudauri-Kobi hissəsinin bir sahəsində 93km-99km təmizəmə işlərinə başlanılıb.

Müəssisənin məlumatına görə uçqun olması təhlükəsinə görə təmizləmə yolun ikinci hissəsində, 100km-104km hissəsində hələ ki, mümkün olmur.

Yolun qalan hissəsində təmizləmə işləri uçqun olması təhlükəsi rejimi götürülən kimi başlayacaq və avtomobilin hərəkəti qısa müddətdə bərpa olunacaq.

Qudauri-Kobi hissəsində avtomobilin hərəkəti dünən səhər, fırtına və yolun görünməməsi səbəbindən qadağan olunub.

 

Mənbə: Birinci Kanal

 

Print