Parlamentin spikeri Şalva Papuaşvili yenidən Qərbin
maliyyələşdirməsinin qeyri-şəffaf olduğunu iddia edib
və bu dəfə Avropa İttifaqını misal gətirib. O, bununla bağlı
jurnalistlərə açıqlama verib və deyib ki, “Aİ-nin maliyyəsi də
qeyri-şəffafdır”.
“Bu, başqalarının, xüsusən də maliyyəsi Gürcüstana
qeyri-şəffaf daxil olanların maraqlarına uyğun olmaya bilər.
Təəssüf ki, Aİ-nin maliyyələşdirməsi də Gürcüstanda
qeyri-şəffafdır. Biz, məsələn, Avropa Demokratiya Fondunun
Gürcüstanda maliyyələşməsini gizlədən, Avropa dəyərlərinə tamamilə
zidd olan nümunələri də bilirik.
Təəssüflər olsun ki, bir il ərzində mən şəxsən Avropa İttifaqının
müxtəlif strukturları ilə əlaqə saxlayaraq Avropa İttifaqının
nümayəndələrinin özlərini inandırmağa çalışdım ki, Avropa
dəyərlərindən kənara çıxaraq radikal qrupları, siyasi partiyaları
gizli şəkildə maliyyələşdirmək yanlış davranışdır. Təəssüf ki, mən
onları inandıra bilmədim, ona görə də qanunu qəbul
etməliyik”, - Papuaşvili bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.