İki aydır dünyada ərzağın qiyməti ardıcıl düşür. Oktyabrda da qeydə
alınan azalma qlobal təchizatın çox olması ilə bağlıdır.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) noyabrın 7-də
Ərzaq Qiyməti İndeksini yayıb.
Qlobal miqyasda alınıb-satılan ərzaq mallarının səbətini izləyən
indeks oktyabr üçün ortalama 126.4 bal olub. Sentyabrda bu
göstərici 128.5 idi.
Ötən ilin oktyabrı ilə müqayisədə
indeksdə azacıq, 2022-ci ilin
martındakı pik həddən isə 21.1 faiz azalma olub.
Dünyada ərzağın qiyməti son iki ilin pikinə iyulda çatıb, avqustda
sabitləşib, sentyabrda, əsasən, şəkərin ucuzlaşması ilə azalıb.
FAO-nun şəkər indeksi oktyabrda yenidən azalıb, 5.3 faiz düşüb. Bu,
2020-ci ilin dekabrından bəri ən aşağı səviyyədir. Səbəbi isə
Braziliyada güclü istehsal, Tailand və Hindistanda istehsalda
gözlənilən artım, neftin qiymətinin düşməsi ilə bağlıdır.
Süd məhsullarının qiymətləri sentyabrdan 3.4 faiz enib, bunun
səbəbi süd tozu qiymətlərinin düşməsi, Avropa İttifaqı və Yeni
Zelandiyadan bol ixracdan dolayı kərə yağının ucuzlaşmasıdır.
Ət indeksi isə oktyabrda 2 faiz azalıb. Bu, səkkiz ay ardıcıl
artımdan sonra baş verib. Donuz və toyuq əti kəskin ucuzlaşsa da,
qlobal tələbin güclü qalması mal-qaranın qiymətlərini
yüksəldir.
FAO-nun indeksinə görə, bitki yağları 0.9 faiz bahalanıb, 2022-ci
ilin iyulundan bəri ən yüksək həddə çatıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.