Qardabanidə iki nəfər qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlanılıb
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon Şöbəsinin əməkdaşları iki şəxsi qəsdən adam öldürməyə cəhd və odlu silahın qanunsuz əldə edilməsi, saxlanması və daşınması ittihamı ilə saxlayıblar. Cinayətə görə 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaqla müəyyən edilib ki, cari ilin oktyabr ayında, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş və hazırda xaricdə

olan kriminal avtoritet Elmuraz Məmmədov Qardabani bələdiyyəsinin bir kəndində yaşayan fermerlə sosial şəbəkə vasitəsilə əlaqə saxlayaraq, ondan “qanuni oğrular aləmi”nin adından 200 000 ABŞ dolları tələb edib. Məmmədov fermerə pulu ödəmək üçün üçgünlük müddət verib və əks halda ailə üzvlərinə qarşı fiziki zorakılıq və qətl ilə hədələyib.

Üç gün sonra həmin kənddə fermerin ailə avtomobili ilə hərəkət edən oğlu naməlum şəxslər tərəfindən atəşə tutulub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Polis isti izlərlə təqsirləndirilən şəxsləri müəyyən edib və 1994-cü il təvəllüdlü T.X. ilə əvvəllər məhkum olunmuş, 2001-ci il təvəllüdlü N.İ.-ni saxlayıb. Həmçinin, hadisə ilə əlaqədar 1985-ci il təvəllüdlü Ş.M. barəsində axtarış elan olunub.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci (qəsdən adam öldürməyə cəhd) və 236-cı (odlu silahın qanunsuz əldə edilməsi, saxlanması və daşınması) maddələri ilə aparılır.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google