"Proyekt" araşdırma layihəsi Rusiyanı 25 ailənin idarə etdiyini üzə
çıxarıb. Buraya Putin, Kadırov, Patruşev, Kovalçuk klanları
daxildir.
Onlar yüzlərlə qohumlarını dövlət idarəçiliyində, biznesdə əsas
postlara yerləşdiriblər.
AzadlıqRadiosunun rus xidməti bu sistemin Vladimir Putin
prezidentlikdən gedəndən sonra davam edib-etməyəcəyi sualına cavab
axtarıb.
"Radio Svoboda" jurnalisti Sergey Medvedev vaxtilə sovet
nomenklaturasında 200 min nəfərin olduğunu qeyd edir.
"Proyekt"in jurnalisti
Mixail Rubin isə deyir ki, Rusiyanın ali
rəhbərliyində 1300 nəfər var və onların 76 faizində, yəni təxminən
min nəfərində qohumluq, kalanlıq əlaqələri görünür.
Sovet inersiyasının təsiri "Biz hələ çox adamı çıxdaş etmişik. Ata yüksək postda,
oğul isə çox aşağı işdədirsə, onu nəzərə almamışıq, görkəmli
vəzifələrdə olanları götürmüşük. Amma Rusiya elə bir ölkədir ki,
burada həmişə yüksək vəzifə rol oynamır. Oğul adi əməkdaş ola
bilər. Amma maaşı çox yüksək olar", – jurnalist
bildirib.
Politoloq Mariya Sneqovayanın fikrincə, bugünkü Rusiya elitasının
xüsusiyyəti postsovet tranzitindən qaynaqlanır və çox şey sovet
inersiyasının təsiri altında qalıb: "Yeltsin daim
deyirdi ki, mən kadrları lüstrasiya etməyəcəyəm. Vətəndaş
cəmiyyətinin zəifliyi, aşağıdan təzyiqin olmaması sayəsində sovet
nomenklatur elitası özünü saxladı. Bu adamlar Sovet İttifaqı
əhalisinin 2-3 faizini təşkil edirdi, ailələrlə. Kiçik qruplarla
birlikdə".
Müəllif S.Medvedevin "buna "dərin dövlət"in rus versiyası demək
olarmı" sualına M.Sneqovaya "bir çox hallarda hə" cavabını verir:
"Təsadüfi adamın sistemə daxil olması çətindir, yalnız
ailə bağları vasitəsilə olur".
Rusiya elitasının spesifikliyi
Sosioloq Konstantin Qaaze deyir ki, hazırda Rusiyanın başında
duranlar xeyli spesifik şəxslərdir: "Ukraynaya müdaxilə ərəfəsində
olduğu kimi, onları Təhlükəsizlik Şurasının iclasına yığanda
əsirlər. X gününü (Putindən sonrakı dönəm) modelləşdirəndə bir çox
amillər rol oynamağa başlayır: harada, Moskvada, Valdayda, nə
gizlətməli, nəyi yox? Resurs tapmalı, onu valyutaya satmalıdırlar.
Üstəlik, 200 ailəyə mənsub 10 min insanın hamısının gəlirini
qaldırırlar deyə, bunu nə cürsə razılaşdırmalıdırlar".
Sosioloq güc strukturları əməkdaşlarının rolunu da istisna etmir:
"Onlar özləri üçün yeni adamlar yığıblar. Putin niyə
KQB-yə getdi? Brejnev Andropova yazmışdı ki, "siz işçi sinfindən az
adam götürürsüz, nomenklaturadan çox". Bununla da işçi çağırışı
başladı. Putinin dostlarının çoxu ya KQB-də onunla xidmət etmiş
fəhlə övladları olub, ya da hərbçi ailələrindən, çünki birlikdə
yaşayıblar. Bu tarixi təsadüfdür. Bu insanlar artıq hər şeyi
təsadüfə buraxmaq istəmirlər".
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.