"Ukraynanın ərazi təslim etməyə nə Ukrayna qanunları, nə
beynəlxalq hüquq, nə də mənəvi nöqteyi-nəzərdən hüququ
var".
Bunu prezident Volodimir Zelenski Londonda Avropa liderləri ilə
görüşdən sonra media brifinqində deyib.
O əlavə edib ki, Rusiya ərazi verməsi üçün Kiyevə təzyiq göstərir,
"amma biz heç nə vermək istəmirik, buna görə də
döyüşürük".
Zelenski ilkin 28-bəndlik sülh planının 20
bəndə salındığını,
Ukrayna üçün ən ziddiyyətli şərtlərin çıxarıldığını deyib, amma
detal açıqlamayıb.
Prezidentin dediyinə görə, Ukrayna tərəfi sülh planı üzərində işi
tamamlayacaq və onu ABŞ-yə təhvil verəcək.
"Politico" nəşrinin daha öncə yazdığına görə, danışıqlar Donbasın
gələcəyinə görə dalana dirənib: Rusiya Ukraynanın bu bölgədən
imtinasını tələb edir. Ukrayna isə israr edir ki, istənilən sülh
razılaşması müharibənin indiki mövqelərdə dondurulmasını nəzərdə
tutmalıdır.
ABŞ-nin ilkin layihəsi mediada dərc olunsa da, rəsmi açıqlanmayıb.
Planda Donbasın Rusiyaya verilməsi, Ukrayna qoşunlarının Donetsk
vilayətindəki ərazilərdən çıxarılması, Xerson və Zaporojyedə
döyüşlərin təmas xəttində dondurulması yer almışdı.
"ABŞ, Rusiya və Ukraynanın baxışları
fərqlidir"
Dekabrın 8-də Ukrayna prezidenti Volodimir Zelenski Londonda Avropa
liderləri ilə görüşüb.
"Ukraynanın yanındayıq, atəşkəs olarsa, ədalətli və
davamlı olmalıdır", – Britaniyanın baş naziri Kir
Starmer liderləri qarşılarkən deyib.
Zelenski "Bloomberg News"a müsahibəsində deyib ki, ABŞ-nin
rəhbərlik etdiyi danışıqlarda Donbas bölgəsinə nəzarət məsələsində
razılığa gəlinməyib. Rusiya dörd ilə yaxındır gedən müharibədə
Ukraynanın hələ də nəzarəti saxladığı torpaqları verməsini tələb
edir.
"ABŞ, Rusiya və Ukraynanın baxışları fərqlidir,
Donbasla bağlı ortaq yanaşmamız yoxdur", – Zelenski
"Bloomberg"ə telefonla verdiyi müsahibədə deyir.
Prezident bunun Ukraynaya təhlükəsizlik qarantiyaları daxil olmaqla
bir neçə "həssas" məsələdən biri olduğunu, əlavə müzakirələr tələb
etdiyini söyləyib.
Ötən həftə Mayami yaxınlığında üçgünlük danışıqlar müsbət tonla
bitsə də, kəskin dönüş nəzərə çarpmayıb.
"Söhbət asan olmayıb"
ABŞ prezidenti Donald Tramp administrasiyası Kiyevə sülh təklifini
qəbul etməsi üçün təzyiq göstərir. Tənqidçilər bu təkliflərin
əsasən Rusiyanın xeyrinə olduğunu deyirlər.
Zelenski dekabrın 7-də videomüraciətində bildirib ki,
"Amerikanın elçiləri Ukraynanın əsas mövqeyindən
xəbərdardır, söhbət konstruktiv keçib, amma asan
olmayıb".
ABŞ-nin yekun sülh planının necə olacağı, Rusiyanın hansısa
güzəştlərə gedəcəyi bəlli deyil.
ABŞ-nin Ukrayna üzrə elçisi vəzifəsindən getməkdə olan Kit Kelloq
dekabrın 7-də deyib ki, Ukraynada müharibənin bitməsi üzrə saziş
"gerçəkdən yaxındır".
Onun sözlərinə görə, əsas iki böyük məsələ Ukraynanın Donbas
vilayətinə nəzarəti və Zaporojyedəki nüvə elektrik stansiyasının
statusudur. Bu stansiya Rusiyanın nəzarətindədir.
"Bu iki məsələni həll etsək, qalan şeylər də yoluna
qoyular", – o vurğulayıb.
Ukrayna Rusiyanın işğalçı müharibəsinin ədalətli həlli üçün
etibarlı təhlükəsizlik qarantiyaları tələb edir, Rusiyaya ərazi
verməyəcəyini bildirir.
Tramp: Zelenski hələ sülh planı ilə tanış
olmayıb
Zelenskinin London görüşü öncəsi ABŞ prezidenti Donald Tramp onu
son sülh prosesi ilə tanış olmamaqda ittiham edib. O,
jurnalistlərlə söhbətində ukraynalı həmkarından "bir az" məyus
olduğunu sözlərinə əlavə edib.
"Prezident Putinlə danışmışıq, prezident Zelenski daxil
olmaqla Ukrayna liderləri ilə danışmışıq. Bir az məyus olduğumu
deməliyəm, prezident Zelenski təkliflə hələ tanış olmayıb, bir neçə
saat öncə belə idi", – Tramp dekabrın 7-də deyib.
Zelenski isə dekabrın 7-də qatarda yazılmış gecə müraciətində yeni
diplomatik həftənin başlandığını bildirib:
"Avropa
liderləri ilə müzakirələr olacaq. Hər şeydən öncə təhlükəsizlik
məsələləri, qətiyyətimizə dəstək, müdafiəmizə yardım paketləri
müzakirə olunacaq".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.