Məhkəmə Levan Xabeişvilini həbsdə saxlayıb
Tbilisi Şəhər Məhkəməsində Levan Xabeişvilinin və Murtaz Zodelavanın məhkəmə prosesi keçirilib.

Hakim Levan Xabeişvilinin həbsdə qalmasına qərar verib, Murtaz Zodelavaya isə bu iş üzrə girov təyin olunub.

Prokurorluq Levan Xabeişvilini qanunsuz hərəkətin həyata keçirilməsi müqabilində rüşvət vəd etməkdə və dövlət hakimiyyətinin devrilməsinə çağırışda ittiham edir.

Levan Xabeişvili bu günkü prosesdə siyasi aktorlara müraciət edib:

"Hər gün ölkəmiz üçün həlledicidir. Sizə səkidə dayanmağı da qadağan edirlər. Bu oyun deyil… evinizə də gələcəklər. Təxminən üç yüz siyasi məhbus var, siz necə yatırsınız? Evinizdə necə rahat ola bilirsiniz? Aaa, gecə kapuçino içməlisiniz?

9 övlad anasını küçədə sürüklədilər və siz buna baxdınız. Efir vaxtını doldurursunuz, yorucudur sizin boşboğazlığınız… Birliyiniz barədə mənasız mübahisə edirsiniz. Onsuz da birlikdəsiniz, nəyə mübahisə edirsiniz? Cəmiyyətin iki tələbəsi var, bu məsələdə birlikdəsiniz, yenə də televiziyalara gedirsiniz və yenə birlikdən danışırsınız.
Qorxursunuz ki, sonra hərəkət etməli olacaqsınız…

Bax, sabah qalib gələcəyik, bax, birisi

gün qalib gələcəyik - 2008-ci ildə Antsuxeli¬d¬ze desəydi ki, “indi bu bayrağa tüpürüm, sonra vuruşaram”
— belə olmaz. Bu uzunmüddətli proses deyil və hər gün Gürcüstan üçün itirilmiş gündür. DTX kimyəvi silah işlətdi. Bütün dünya bundan danışır" – deyə Levan Xabeişvili məhkəmə prosesində bildirib.

13 sentyabrda onun barəsində qətimkan tədbiri kimi həbs seçildi.

Levan Xabeişvili 11 sentyabrda saxlanılıb. O, "Formula" telekanalının həyətində tutulub.

Levan Xabeişvili ilə birlikdə DTX əməkdaşları Murtaz Zodelavanı da saxlayıb. O, saxlanılmadan əvvəl deyirdi ki, Levan Xabeişvilinin və onun telefonu əllərindən alınıb.

Mənbə: formulanews.ge

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google