Dekabrın 14-də, Salonikinin Ambelokip rayonunda 44 yaşlı Gürcüstan
vətəndaşı 34 yaşlı partnyorunu öldürməyə cəhd edib.
Bu barədə Yunanıstan mediası məlumat yayıb. Kişi 34 yaşlı ukraynalı
qadının boynuna iki dəfə ayaqqabı bağını dolayıb, lakin zərərçəkən
qaça bilib və döyüş sənəti bacarıqları sayəsində özünü müdafiə
edib.
Məlumata görə, hadisədən əvvəl qısqanclıq zəminində başlayan
münaqişə olub və bu, əvvəlcə
telefon danışığı zamanı yaranıb.
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs əvvəlcə öz
kombinezonunun bağından, daha sonra isə qadının bluzasından
çıxardığı ikinci bağdan istifadə edib. O, hər iki bağı qadının
boynuna möhkəm şəkildə dolayıb və ehtimal olunur ki, tənəffüs
yollarını bağlamağı hədəfləyib.
Zərərçəkən dindirmə zamanı bildirib ki, döyüş sənətləri üzrə
bilikləri sayəsində bağlarla boynu arasında əlini yerləşdirərək
boğulmanın qarşısını ala bilib.
Polisin araşdırması nəticəsində müəyyən edilib ki, insident zamanı
təqsirləndirilən şəxs alkoqolun təsiri altında olub.
Gürcüstan vətəndaşı barəsində yetkinlik yaşına çatmayanın iştirakı
ilə ailə üzvünü öldürməyə cəhd maddəsi ilə ağır cinayət üzrə
cinayət təqibi başlanıb.
Zərərçəkən qadına “panik düyməsi” tətbiqi təqdim olunub. O,
həmçinin övladı ilə birlikdə psixososial dəstək və yardım
müəssisəsinə yerləşdirilmək istəmədiyini bildirib. Nəticədə ana və
uşaq öz yaşayış evlərinə qayıdıblar.
Mənbə: news.on.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.