Yanvarın 15-də Fransa və Almaniyadan hərbi heyətlər Qrenlandiyaya
yollanıb.
Danimarka və müttəfiqləri bu il adada təlimə hazırlaşır. Onlar ABŞ
prezidenti Donald Trampı Qrenlandiyanın təhlükəsizliyinin
qorunduğuna əmin etmək istəyirlər.
Yanvarın 14-də Ağ evdə Danimarka və Qrenlandiya rəsmiləri ilə
görüşdən elə bir nəticə əldə olunmayıb.
İsveç və Norveç də bu ilin sonuna gözlənən təlimlərə hazırlıq üçün
Qrenlandiyaya hərbi
heyət göndərəcəyini bildirib.
İlkin hərbi heyətlər böyük olmasa da, təhlilçilər bunun ABŞ
administrasiyasına mesaj olduğunu deyiblər.
Ağ evdə dövlət katibi Marko Rubio və vitse-prezident Cey Di Vens
ilə danışıqlardan sonra Danimarkanın xarici işlər naziri Lars Lökke
Rasmussen və onun qrenlandiyalı həmkarı Vivian Motsfeldt deyiblər
ki, ABŞ və Danimarka ada ilə bağlı geniş spektrli məsələlərin
müzakirəsi üçün işçi qrup yaradacaq.
Amma onlar eyni zamanda etiraf ediblər ki, Vaşinqton mövqeyindən
geri çəkilməyib, Qrenlandiyanı əldə etmək istəyir. Onların
sözlərinə görə, belə bir nəticə suverenliyin qəbuledilməz şəkildə
pozulması demək olardı.
D.Tramp Qrenlandiyanın ABŞ-nin təhlükəsizliyi üçün həyati əhəmiyyət
daşıdığını deyir. Onun mövqeyincə, Rusiya və ya Çinin adanı ələ
keçirməsinin qarşısını almaq üçün ABŞ ona sahib olmalıdır.
Qrenlandiya strateji baxımdan mühüm mövqedə yerləşir, zəngin
mineral ehtiyatları var.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.