Bu gün, noyabrın 22-də Azərbaycan xarici işlər naziri Ceyhun
Bayramov NATO baş katibinin müavini
Radmila Şekerinskanı qəbul edərək əməkdaşlıq münasibətlərindən
danışıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüş
zamanı tərəflər arasında mövcud əməkdaşlıq gündəliyi,
perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik
məsələləri müzakirə olunub.
"Azərbaycanla NATO arasında minasızlaşdırma,
kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən
keçirilib", - məlumatda
vurğulanır.
R.Şekerinska yanvarın 21-də Azərbaycana gəlib.
Xatırlatma
Azərbaycan-NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) əməkdaşlığı
1994-cü ildən başlanıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi
əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə
siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.
2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə
əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə
Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2005-ci ildə prezident İlham
Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını
təsdiq edib.
Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya
NATO-ya üzvilik məsələsi qoyulmayıb. Müxalifət bunu hökumətin
islahatlara hazır olmaması və Rusiya ilə yaxınlıq kimi izah
edir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.