ABŞ prezidenti Donald Tramp yanvarın 22-də Davosda Sülh Şurasını
yaratdığını açıqlayıb.
O, şuranın BMT ilə birlikdə işləyəcəyini bildirib.
"Bu şura tam qurulandan sonra, demək olar, istədiyimiz
hər şeyi edə bilərik. Bunu BMT ilə birgə edəcəyik", –
deyən Tramp əlavə edib ki, BMT-nin böyük potensialı var, amma hələ
tam istifadə olunmayıb.
Tramp şuranın sədri olacaq,
bir neçə dünya liderini də dəvət edib.
Onun sözlərinə görə, qurumun yalnız Qəzza ilə bağlı deyil, daha
geniş problemlərlə məşğul olmasını istəyir. Bu isə BMT-nin
münaqişələrin həlli üçün əsas platforma kimi rolunu zəiflədə
biləcəyi sarıdan narahatlıq doğurub.
"Reuters" yazır ki, imzalanma mərasimi keçirilən otaqda təsisçi
üzvlər kimi təqdim olunan ölkələrin təmsilçiləri olub. Amma İsrail,
yaxud Fələstin Muxtariyyətindən, dünyanın böyük güclərindən rəsmi
gözə dəyməyib.
Azərbaycan da Sülh Şurasına təsisçi üzv kimi qoşulduğunu
açıqlayıb.
Şuraya ABŞ-dən başqa BMT Təhlükəsizlik Şurasının heç bir daimi üzvü
hələlik qoşulmayıb.
Agentlik şuraya qoşulanlar arasında çox az sayda demokratik ölkə
olduğunu vurğulayır. Amma liderləri Trampın yaxın müttəfiqləri olan
İsrail və Macarıstan da qoşulacağını bildirib.
Putin deyir, Sülh Şurasına qoşulmaq üçün 1 milyard dollar
ödəməyə hazırdır
Prezident Vladimir Putin bildirib ki, Rusiya Sülh Şurasına qoşulmaq
üçün 1 milyard dollar ayırmağa hazırdır və daimi üzv statusunu
təmin etmək istəyir. O, bu haqda Təhlükəsizlik Şurasının iclasında
məlumat verib.
Putin bu məbləği Rusiya Mərkəzi Bankının ABŞ-də dondurulmuş
aktivlərindən götürməyi təklif edib. "The Financial Times" təxminən
5 milyard dolların dondurulduğunu yazıb.
O əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyinə Sülh Şurasına
qoşulmaqla bağlı təklifi öyrənməyi, tərəfdaşlarla məsləhətləşməyi
tapşırıb.
Putinin sözlərinə görə, Moskva və Vaşinqton Ukraynaya müdaxilədən
zərər görmüş ərazilərin bərpası üçün ABŞ-də dondurulmuş digər
Rusiya aktivlərindən istifadəni müzakirə edirlər. Putin hansı
əraziləri nəzərdə tutduğunu açıqlamayıb. Bu, Ukraynanın nəzarətində
qalan, ya da Rusiya ordusunun işğal etdiyi ərazilər ola bilər.
Putinin dediklərindən onun Sülh Şurasına qoşulmağa razı
olub-olmadığı da aydın olmur.
Rusiya prezidenti əlavə edib ki, dondurulmuş Rusiya aktivlərindən
istifadə məsələlərini yanvarın 22-də Moskvada Fələstin Muxtariyyəti
başçısı Mahmud Abbas, ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff və Trampın
kürəkəni Cerard Kuşner ilə müzakirə edəcək.
Şuranın nizamnaməsinə görə, daimi üzv olmaq istəyən ölkələr 1
milyard dollar ödəməli olacaqlar.
ABŞ təxminən 50 dünya liderini Sülh Şurasına dəvət edib. Artıq
Argentina, Azərbaycan, Ermənistan, Macarıstan, Qazaxıstan, Mərakeş,
BƏƏ, Vyetnam və bir sıra digər ölkələr dəvəti qəbul edib.
İsrailin baş naziri Benyamin Netanyahu və Belarus lideri Aleksandr
Lukaşenko da Sülh Şurasına qoşulmaq niyyətlərini açıqlayıblar.
Avropanın əksər liderləri, xüsusilə Fransa, Almaniya və Böyük
Britaniya isə Şuraya qoşulmaqdan imtina ediblər. Trampın
tənqidçilərinin fikrincə, bu təşəbbüsün niyyəti BMT-nin rolunu
zəiflətməkdir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415