Tbilisidə hind mətbəxinə məxsus olan ictimai iaşə obyektində ciddi pozuntular aşkar edilib
Milli Qida Agentliyinin Tbilisi Departamentinin inspektorları Tbilisidə, Nucubidze küçəsi 31 ünvanında yerləşən ictimai iaşə obyektində — İ.M.-yə məxsus “Aakaşis Sakvebi” adlı müəssisədə planlaşdırılmamış yoxlama aparıblar.

Dövlət nəzarəti nəticəsində hind mətbəxində kritik uyğunsuzluqlar aşkarlanıb. Belə ki, sanitar-gigiyenik normaların kobud şəkildə pozulduğu, istehlakçılara qida məhsulları barədə məlumat verilməsi qaydalarına əməl olunmadığı, həmçinin biznes operatorunun iqtisadi fəaliyyətlər reyestrində qeydiyyatdan keçmədən fəaliyyət

göstərdiyi müəyyən edilib.

Aşkarlanmış pozuntulara görə biznes operatoru qanunvericiliyə uyğun olaraq cərimələnib, uyğunsuzluqlar tam aradan qaldırılanadək isə müəssisənin istehsal prosesi dayandırılıb.

Milli Qida Agentliyi vətəndaşları hər hansı pozuntu halı ilə rastlaşdıqları zaman agentliyin 15-01 qaynar xəttinə məlumat verməyə çağırır. Qurumun bildirdiyinə görə, istehlakçıların fəal iştirakı bu cür nöqsanların vaxtında aşkar olunmasına və aradan qaldırılmasına kömək edəcək.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google