Dövlət Təhlükəsizliyi Xidməti supermarketlərdən və distribyutor şirkətlərindən “sənədlərin götürülməsinə başlayıb”

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ərzaq məhsullarının qiymətinin formalaşması ilə bağlı başlanan istintaq çərçivəsində supermarket şəbəkələrində və distribyutor şirkətlərində müxtəlif növ sənədləri götürürlər.


Məlumatı “Azadlıq Radiosu”na qurumun mətbuat xidməti təsdiqləyib.

“Onlarla məhkəmə qərarı əsasında, DTX istintaq çərçivəsində müxtəlif şirkətlərdən sonrakı istintaq tədbirlərinin aparılması məqsədilə bir sıra sənədlərin götürülməsinə başlayıb”, — qurumdan bildiriblər.

“Gürcü Arzusu”nun hakimiyyətdə olduğu 14-cü ildə, bu komandanın seçdiyi baş nazir 2025-ci il 24 dekabr tarixində bəyan etdi ki, Gürcüstanda ərzaq Avropa ilə müqayisədə bahadır, çünki yüksək qiymət artımı və böyük mənfəət mövcuddur. Onun təşəbbüsü o idi ki, xüsusi istintaq komissiyası yaradılsın və araşdırma başlasın.

Bu çağırışdan sonra, həmin gün DTX elan etdi ki, istehlak qiymətlərinin öyrənilməsinə başlayır.

“Dövlət Təhlükəsizliyi Xidməti, öz səlahiyyətləri çərçivəsində, məsələnin ətraflı araşdırılmasına başlayır və Gürcüstan vətəndaşlarının maraqlarına, eləcə də ölkənin iqtisadi təhlükəsizliyinə ziyan vuran hər hansı qanunsuz əmələ ciddi hüquqi reaksiya veriləcək”, — DTX rəisinin müavini Laşa Mağradze bəyan etdi.

30 dekabrda komissiyanın üzvləri barədə hökumət sərəncamı dərc edildi.

Koordinasiya Komissiyasının sədri “Gürcü Arzusu” hökumətinin baş naziri İrakli Kobaxidze olacaq.
Komissiyanın tərkibi aşağıdakılardır:
• İqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili;
• Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili;
• Maliyyə naziri Laşa Xutsişvili;
• Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məc

buri Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Mixeil Sarcveladze;
• Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mamuka Mdinaradze;
• Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani;
• Rəqabətin və İstehlakçıların Müdafiəsi Agentliyinin sədri İrakli Lekvinadze.

Əvvəlcə komissiyanın yalnız ərzaq məhsullarının qiymətlərini araşdırması nəzərdə tutulurdu, lakin yeni qərarla araşdırma sahəsi genişləndirilib.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google