Quşçuluğun İnkişafı Assosiasiyasının üzv şirkətləri –
“Savaneti”, “Dila”, “Koda” və “Kumisi” – açıqlayıblar ki,
istehsal etdikləri yumurtanın, əsas qida məhsulu kimi, qiymətini 5%
endirəcəklər.
Açıqlamada deyilir ki, bu qərar Gürcüstanın Baş nazirinin təşəbbüsü
nəzərə alınmaqla qəbul edilib və ərzaq məhsullarının qiymətlərinin
azaldılması məqsədini daşıyır. Assosiasiyanın üzv şirkətləri dövlət
siyasətinə dəstək göstərir, hansı ki, qiymətlərin azalmasını və
əhalinin
sosial vəziyyətinin yaxşılaşdırılmasını hədəfləyir.
Şirkətlər bildirirlər ki, bu qərar müəyyən risklər daşıyır, məhsul
qiymətində kiçik dalğalanmalar il ərzində mümkün ola bilər və bu
birbaşa dünya bazarındakı xammal qiymətindən asılıdır. Lakin birgə
səylə bu risklərin idarə edilməsi və balanslaşdırılması mümkün
olacaq.
Assosiasiyanın üzvləri ümid edirlər ki, hökumətin pərakəndə
sektorla əməkdaşlığı və qiymətlərin endirilməsi istiqamətində
tədbirləri məhsulun son qiymətinə və əlçatanlığına müsbət təsir
göstərəcək.
“Quşçuluğun İnkişafı Assosiasiyasının üzv şirkətləri
bazarda stabil və ədalətli qiymətlərin formalaşmasına yardım etməyə
hazırdırlar və ölkə əhalisinin sosial vəziyyətinin
yaxşılaşdırılmasına öz töhfələrini verəcəklər”, –
açıqlamada bildirilir.
Qeyd edək ki, cari ilin yanvar ayında Gürcüstanda yumurtanın
qiyməti təxminən 2 tetri artıb.
“Gürcü Arzusu” partiyasının Baş naziri Irakli Kobaxidze isə keçən
ilin sonunda yayımladığı videoda ölkədə ərzaq məhsullarının
bahalaşmasını yüksək qiymət fərqi və qazanc marjaları ilə izah
edib. O, araşdırma orqanlarına bu məsələni öyrənməyi və Parlamentdə
xüsusi komissiya yaradılmasını tövsiyə edib.
Nəticədə, ərzaq məhsulları ilə bağlı məsələlərin araşdırılması
Dövlət Təhlükəsizlik Xidməti tərəfindən başlanıb, hökumət
komissiyası və Parlamentdə xüsusi komissiya yaradılıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.