Moskva işgal olunmuş Abxaziyada rus daxili pasportlarının verilməsi məntəqəsini ləğv edir

İşğal olunmuş Abxaziyada fəaliyyət göstərən rus daxili pasportunun (şəxsiyyət vəsiqəsinin) verilməsi məntəqəsinin işi dayandırılacaq.

Bu barədə məlumatı Suxumidə yerləşən "Rusiyanın səfirliyi" açıqlayıb.

Bəyanatda bildirilir ki. Rusiya daxil pasportlarının verilməsi məntəqələri 2026-cı ilin yanvarında "abxaz vətəndaşları üçün daha rahat şərait yaratmaq məqsədilə", tərəflərin 2022-ci ildə imzaladığ və 2025-ci ilin 25 aprelində qüvvəyə minmiş "ikili vətəndaşlıq məsələlərinin həlli haqqında" razılaşmaya

əsasən. Rusiya prezidenti Vladimir Putinin qərarı ilə açılmışdı. Bundan əlavə, 2025-ci ildə işğal olunmuş Abxaziyada rus sürücülük vəsiqələrinin rəsmiləşdirilməsi məntəqəsi də fəaliyyətə başlamışdı.

"Abxaz siyasi xadimləri, o cümlədən Xalq Yığıncağının deputatları, qeyd olunan məntəqələrin fəaliyyətinin qanuniliyini sual altına qoyduqları üçün Abxaziva Respublikasının suverenliyinə hörmətlə yanaşan Rusiva tərəfi onların fəaliyyətini dayandırmağa məcbur qalır. Bu səbəbdən həmin sənədlərin verilməsi Abxaziya Respublikası vətəndaşları üçün Rusiya Federasiyasının ərazisinə keçiriləcək", - bəyanatda deyilir.

İşğal olunmuş Abxaziyanın qondarma "hakimiyyəti" hələlik bu açıqlamaya münasibət bildirməyib.

İşğal altındakı Abxaziyada rus daxili pasportlarının verilməsinin qanuniliyi qondarma "parlament"ın bəzi üzvləri tərəfindən də şübhə altına alınırdı. Onların arasında Rusivanın barəsində axtarış elan etdiyi Kan Kvarçis, həmçinin Telegram kanallarının məlumatına görə, 5 fevralda Rostov-Don şəhərində saxlanılmış vəkil İrakli Bjinava da var.

2022-ci ilin sonunda Avropa İttifaqı Şurası Rusiyanın Ukraynanın işğal olunmuş regionlarında və Gürcüstanın separatçı ərazilərində "verdivi rus səfər sənədlərinin" tanınmaması barədə yekun qərar qəbul etmişdi.

Bundan əvvəl Avropa Parlamenti də Rusiyanın "Ukraynanın və Gürcüstanın qanunsuz işğal olunmuş regionlarında" verdivi pasportları və digər səfər sənədlərini tanımamaq qərarını təsdiqləmişdi.

Gürcüstan və ölkənin beynəlxalq tərəfdaşları Abxaziya və Tsxinvali bölgəsini/Cənubi Osetiyanı Rusiya Federasiyası tərəfindən işğal olunmuş ərazilər kimi qiymətləndirirlər. Bu qondarma "dövlətlərin" müstəqilliyini yalnız Rusiya, Nikaraqua, Venesuela, Suriva və Nauru tanıyır.


Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google