Psixotrop dərmanların düzgün olmayan təyinatına görə 10 həkim məsuliyyətə cəlb olunub

Səhiyyə Nazirliyinin məlumatına görə, psixotrop dərmanların qanunsuz və həddindən artıq miqdarda təyin edilməsi səbəbilə

10 tibb işçisi peşə məsuliyyətinə cəlb edilib. Bir həkimin həkimlik fəaliyyəti üzrə sertifikatı ömürlük ləğv olunub, 8 həkimin fəaliyyət hüququ 6 ay müddətinə məhdudlaşdırılıb, birinə isə yazılı xəbərdarlıq verilib.

Nazirliyin bildirdiyinə görə, aşkar olunan pozuntuların bəzi halları hüquqi qiymətləndirmə üçün istintaq orqanlarına göndərilib.

Dərmanların qanunsuz təyinatı faktları Səhiyyə Nazirliyinin Peşəkar İnkişaf Şurasında müzakirə olunub.

“Müəyyən edilib ki, həkimlər tərəfindən psixotrop dərman reseptləri əsaslandırma, diaqnoz qoyulması və pasiyentlə məsləhətləşmə aparılmadan yazılıb.

Həmçinin bir pasiyentə eyni vaxtda müxtəlif adlı güclü təsirə malik psixotrop dərmanlar – ‘Lirika’, ‘Diazepam’ və ‘Baklofen’ təyin olunub.

Ayrı-ayrı hallarda psixotrop dərman reseptini müvafiq icazəsi olmayan həkim verib. Bundan əlavə, dərmanlar gündəlik doza ilə müqayisədə iki və üç dəfə artıq miqdarda təyin edilib”,
– məlumatda qeyd olunur.

Səhiyyə naziri Mixeil Sarcveladzenin sözlərinə görə, monitorinq və təhlil nəticəsində aşkar edilən pozuntular qanunvericilik çərçivəsində müvafiq reaksiya tələb edir.

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.




 

Print ელ. ფოსტა
FaceBook Twitter Google