8 ay müddətinə məhkum edilmiş müxalifətçi Nika Qvaramiya azadlığa
buraxılıb.
"Dəyişikliklər naminə Koalisiya"nın liderinin cəza müddəti fevralın
12-də başa çatıb.
O, ötən il iyulun 1-də parlamentin müvəqqəti istintaq
komissiyasının iclasına gəlmədiyi üçün həbs edilmişdi. Ona Cinayət
Məcəlləsinin 349-cu maddəsi ilə – komissiyanın tələbini yerinə
yetirməməklə bağlı ittiham irəli sürülmüşdü.
Müxalifətçi barəsində qətimkan tədbiri kimi 30 min
lari məbləğində
girov təyin olunmuşdu. Amma o, müəyyən edilmiş müddətdə bu məbləği
ödəməyib. Müddət bitincə girov həbs-qətimkan tədbiri ilə əvəzlənib.
Məhkəmə iclasına gəlməyən Qvaramiya isə özü Rustavi həbsxanasına
gedib.
Daha iki müxalifətçi - Nika Meliya və İrakli Okruaşvili də eyni
maddə ilə həbsdədir. Meliya sonradan hakimi təhqir etmə işi üzrə
ilyarım azadlıqdan məhrum edilib.
Okruaşvili 2004-cü ildə Buta Robakidzenin ölümü ilə bağlı iş üzrə
vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib, 7 il
müddətinə azadlıqdan məhrum edilib.
Parlamentin müvəqqəti istintaq komissiyasının rəsmi məqsədi əvvəlki
hökumət dövründə törədilmiş cinayətlərin araşdırılmasıdır. Sonradan
onun mandatı genişləndirilib, 2012-ci ildən sonrakı hadisələri də
əhatələyib. Komissiya keçmiş sabiq baş nazir Qiorqi Qaxariya ilə
bağlı məsələni – onun 2019-cu ildə Çorçana kəndində polis postunun
qurulması, həmin il iyunun 20-də mitinqin dağıdılması üçün
məsuliyyət daşıyıb-daşımamasını da araşdırır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.