Gürcüstanın keçmiş baş prokuroru, hazırda Tbilisi tərəfindən
axtarışda olan Zurab Adeişvili
– Ukraynada müxtəlif yüksək vəzifələr tutmuş şəxs – 2026-cı ilin
mart ayının sonunda yeni vəzifəyə təyin olunub.
Hazırda Zurab Adeişvili Ukrayna Milli Polisində Ukraynada
İnterpolun Milli Mərkəzi Bürosunun funksiyalarını yerinə yetirən
departamentə rəhbərlik edir.
Ukrayna Milli Polisinin (NPU) rəsmi saytında yerləşdirilən məlumata
görə, Zurab Adeişvili
NPU-da “Beynəlxalq Polis Əməkdaşlığı
Departamentinin direktoru” vəzifəsini tutur.
Onun vəzifəsi nədir
- İnterpolun bütün üzv ölkələrində, o cümlədən Ukrayna və
Gürcüstanda İnterpolun Milli Mərkəzi Büroları fəaliyyət
göstərir;
- Bu bürolar müvafiq ölkələrin hüquq-mühafizə orqanlarını
İnterpolun Baş Katibliyi ilə əlaqələndirir;
- Məsələn, Gürcüstanda “İnterpolun Milli Mərkəzi Bürosu”
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis
Departamentinin tərkibində fəaliyyət göstərir;
- Bütün üzv ölkələrdə bu cür vəzifələrə kadrları müvafiq ali
qurum təyin edir – Ukraynada bu funksiyanı Ukrayna Milli Polisi
yerinə yetirir;
- Ukraynada İnterpolun Milli Mərkəzi Bürosunun funksiyaları məhz
“Beynəlxalq Polis Əməkdaşlığı Departamenti”nə həvalə olunub;
- Məhz bu departamentin rəhbəri Zurab Adeişvili olub;
- Onun müavini İvan Qulpa, eyni zamanda “İnterpol və Europol ilə
əlaqələr idarəsinin rəhbəri”dir.
Tbilisi tərəfindən axtarışda
Gürcüstanda Gürcü Arzusu hökuməti 2012-ci ildən Zurab Adeişvilini
axtarışa verib.
Tbilisinin müraciəti əsasında 2013–2015-ci illərdə Adeişvili
beynəlxalq İnterpol tərəfindən də “qırmızı bülleten”lə axtarışda
olub, lakin 2015-ci il 9 apreldən bu axtarış dayandırılıb.
Səbəb kimi İnterpol onun üzv dövlətlərdən biri tərəfindən Zurab
Adeişviliyə “qaçqın statusu” verilməsini göstərib.
Bu qərar rəsmi Tbilisinin tənqidi və “təəccübü” ilə qarşılanıb.
Zurab Adeişvili 2012-ci ildə hakimiyyət dəyişikliyindən sonra
ölkəni tərk edib. O vaxtdan bəri Gürcüstan məhkəmələri onu bir neçə
cinayət işi üzrə təqsirli bilib. Müxalifət isə bunu
siyasiləşdirilmiş ədalət kimi qiymətləndirib.
Tbilisi 2024-cü ildə də Adeişvilinin ekstradisiyasını Almaniya,
Belçika və Niderland qurumlarından tələb etsə də, nəticə əldə
olunmayıb. Bu uğursuz müraciətlər Gürcüstan hakimiyyətinin yenidən
tənqidinə səbəb olub.
Həmin dövrdə Adeişvili Ukraynanın baş prokurorunun müşaviri
vəzifəsini tuturdu.
Keçmiş prezident Mixeil Saakaşvili – Adeişvilinin də daxil olduğu
komandanın üzvü və müxtəlif dövrlərdə Ukraynada yüksək vəzifələrdə
çalışmış şəxs – 8 aprel tarixində Facebook-da yazıb:
“Yeni vəzifəsində Zurab Ukraynada cinayət törədən
şəxslərin saxlanılması və xaricdən ekstradisiyası, eləcə də xaricdə
cinayət törədənlərin Ukrayna ərazisində axtarışı ilə məşğul
olacaq”.
“Gürcü Arzusu”nun qanadı olan “Xalqın Gücü”nün liderlərindən biri
Sozar Subari isə bildirib:
“Zurab Adeişvili Ukrayna hakimiyyətinə məhz vaxtilə
Gürcüstanda lazım olduğu səbəbdən lazımdır”.
Onun cinayətləri barədə hamının hər şeyi bildiyini, lakin heç kimin
danışmadığını deyəndə, bu o deməkdir ki, onun əməlləri təkcə qəbul
olunmurdu, çox vaxt, görünür, kənardan
planlaşdırılırdı”, – deyə o, “İmedi” telekanalına
müsahibəsində qeyd edib.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.