Saxtalaşdırılmış balıq konservlərinin istehsalı və satışı ittihamı ilə saxlanılan İvane Qoqlidze yarım milyon lari girov qarşılığında azadlığa buraxılıb
“Qula” və “Batono”nun təsisçisi İvane Qoqlidze saxtalaşdırılmış balıq konservlərinin istehsalı və satışı ittihamı ilə saxlanıldıqdan sonra yarım milyon lari məbləğində girov qarşılığında azadlığa buraxılıb.

Bu barədə məlumatı onun vəkili Kaxa Tsereteli “Interpressnews”a təsdiqləyib.

“İvane Qoqlidze 8 aprel tarixində daşınmaz əmlakın təminatı ilə yarım milyon lari məbləğində girov qarşılığında azadlığa buraxıldı. Biz məhkəməyə müraciət etdik, çünki istintaq faktiki olaraq başa çatmışdı, biz də sübutlarımızı təqdim etdik və hesab edirdik ki, onun həbsdə saxlanmasına ehtiyac yoxdur. O, günahını etiraf etməyib, sadəcə

olaraq bütün sübutlar toplanmış olduğuna görə məhkəmə bizim vəsatətimizi təmin etdi”,
– deyə vəkil bildirib.

Məlumat üçün qeyd edək ki, İvane Qoqlidzeyə Cinayət Məcəlləsinin 197-ci maddəsinin üçüncü hissəsi ilə ittiham irəli sürülüb. Bu maddə qida məhsullarının saxtalaşdırılmasını nəzərdə tutur və bu əməl insan həyatına və sağlamlığına təhlükə yarada bilər. Sözügedən cinayətə görə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, araşdırma nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs 2025-ci ildə dövlət tenderi əsasında bağlanmış müqavilə çərçivəsində 380 792 lari dəyərində 24 177.3 kiloqram balıq konservini Sərhəd Polisinə və “Dövlət Qida Təchizatı” MMC-yə təhvil verib.

Qurumun açıqlamasına əsasən, bu məhsullar Gürcüstanın Daxili İşlər və Müdafiə nazirliklərinin əməkdaşlarının qidalanması üçün nəzərdə tutulmuşdu.

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google