Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Antiterror Mərkəzi və
Xüsusi Əməliyyatlar Departamentinin əməkdaşları tərəfindən,
Qardabani bələdiyyəsində və Acarıstan regionunda keçirilmiş birgə
əməliyyat çərçivəsində, Batumidə bir xarici ölkə və bir Gürcüstan
vətəndaşı saxlanılıb.
İstintaqın məlumatına görə, hüquq-mühafizə orqanlarında bu
şəxslərin Gürcüstana daxil olması və məqsədləri barədə əvvəlcədən
məlumat olub. Onlar ölkəyə ayrı-ayrılıqda gəliblər və kirayə
mənzildə yaşayıblar. Ölkəyə daxil olduqları
gündən etibarən hər iki
şəxs operativ nəzarət altında olub, bu nəzarət məhkəmə qərarları
əsasında həyata keçirilib.
İstintaq nəticəsində aydın olub ki, saxlanılan şəxslər terror
təşkilatı “İslam Dövləti”nin sıralarına qoşulublar, sadiqlik andı
(yəni “beyət”) ediblər, bu isə video fayl şəklində çəkilərək
təşkilat rəhbərlərinə göndərilib. Onlar tam itaət göstərdiklərini
və istənilən tapşırığı yerinə yetirməyə hazır olduqlarını
bildiriblər.
Həmçinin müəyyən edilib ki, onlar Gürcüstandan başqa ölkəyə getməyi
planlaşdırıblar və orada təşkilatın döyüşçülərinə qoşulmalı
idilər.
Aparılmış istintaq tədbirləri nəticəsində elektron qurğular,
qeydiyyatsız SIM kartlar, mobil telefonlar, terror təşkilatının
simvolikasını daşıyan əşyalar, maskalar və digər mühüm sübutlar
müsadirə edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 328-ci maddəsi ilə istintaq
aparılır ki, bu da xarici terror təşkilatına qoşulmanı və terror
fəaliyyətinə yardım etməni nəzərdə tutur. Bu cinayət 10 ildən 17
ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.