"Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) artıq icra
mərhələsinə daxil olub.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 15-də
açıqlayıb. Layihə Azərbaycanı Ermənistan ərazisindən keçməklə
Naxçıvan eksklavı ilə birləşdirəcək. Marşrut həm də Asiyanı Avropa
ilə birləşdirən Orta Dəhlizin mühüm hissəsinə çevriləcək. TRIPP
Ermənistan-Azərbaycan münaqişəsindən sonra mümkün dönüş nöqtəsi
sayılır.
Ancaq layihənin reallaşması yolunda əngəllər çıxa,
ABŞ və İsrailin
İranla davam edən müharibəsi Vaşinqtonun bu layihəni gerçəkləşdirmə
imkanlarını zəiflədə bilər.
"Carnegie Europe" təşkilatından Tomas de Vaal AzadlıqRadiosunun
jurnalisti Ülviyyə Əsədzadəyə müsahibəsində deyir ki, münaqişə
davam etdiyi müddətdə ABŞ personalının tədqiqat, təhlükəsizlik və
ya nəzarət məqsədilə İran sərhədinə yaxın ərazilərdə
yerləşdirilməsi çətin olacaq. Bu isə layihənin praktik mərhələyə nə
qədər tez keçə biləcəyi ilə bağlı ciddi suallar yaradır.
İki əsas səbəb
Təhlilçinin fikrincə, ilk mərhələdə TRIPP ətrafında müsbət dinamika
var idi, amerikalılar layihəni fəal şəkildə irəli aparırdılar.
Vitse-prezident Cey Di Vensin regiona səfəri iki ölkə ilə
ikitərəfli münasibətləri gücləndirdi. Məqsəd dəmir yolunu Trampın
ikinci prezidentlik müddətinin sonuna - 2028-ci ilə qədər əsasən
başa çatdırmaqdır.
"Təəssüf ki, İran müharibəsi prosesi iki səbəbdən
çətinləşdirir. Birincisi, İranla münaqişə getdiyi müddətdə
amerikalıların tədqiqat və ya nəzarət məqsədilə sərhədə yaxın
ərazilərdə işləməsi çox təhlükəlidir. İkincisi, TRIPP üçün özəl
maliyyə cəlb etmək istəyirlər. ABŞ ilkin olaraq təxminən 400 milyon
dollar ayırıb, amma daha böyük həcmdə işlər üçün özəl investisiya
lazımdır. İranla sərhədə çox yaxın bir layihəyə investor cəlb etmək
isə daha çətin olacaq.
Beləliklə, çox şey İranla münaqişənin gedişatından asılıdır.
Münaqişə nə qədər uzansa, alternativ marşrut ideyaları bir o qədər
aktivləşə bilər. Ötən həftə Bakı ilə Moskva arasında müəyyən
yaxınlaşmanın başlamasını təsadüfi saymıram. Gürcüstan hələ də əsas
tranzit marşrut olaraq qalır. Azərbaycan prezidenti İlham Əliyevin
Gürcüstana səfəri də təsadüfi olmaya bilər", – Tomas
de Vaal vurğulayır.
"İran daha əvvəldən TRIPP-ə qarşı çıxıb. Tehran bu
layihəni əngəlləmək üçün nə edə bilər? Davam edən müharibə onun
təsir imkanlarını dəyişibmi?" Bu suala cavabında
təhlilçi Naxçıvan hava limanı yaxınlığına düşən bir neçə dronun
yaratdığı reaksiyanı xatırladır:
"Sadəcə bir-iki dron
belə təhlükə hissi yaradır və bu artıq problemlərə səbəb
olur".
Onun sözlərinə görə, İranda müxtəlif ssenarilər mümkündür:
"ABŞ ilə münaqişə davam edə, sərt xətt tərəfdarları
hakimiyyətdə qala, yaxud daxili qeyri-sabitlik və iğtişaşlar baş
verə bilər. Bu ssenarilərin hamısı TRIPP ilə bağlı narahatlıqları
artıracaq".
"Rusiya bütün variantları nəzərdən keçirir"
Rusiyanın TRIPP-ə münasibətinə toxunan Tomas de Vaal deyir ki,
Moskva hər məqamı diqqətlə izləyir və maksimum fayda götürməyə
çalışır:
"Əgər TRIPP reallaşsa, Rusiya bundan
faydalanmaq, hətta amerikalılarla əməkdaşlıq etmək istəyəcək.
Əminəm ki, bu mövzuda müzakirələr artıq aparılıb. Əgər problemlər
yaranarsa, Rusiya deyə bilər: "Bizə arxalana bilərsiniz, İranla
daha yaxşı münasibətlərimiz var". Yəni, Rusiya bütün mümkün
variantları nəzərdən keçirir".
Bəs, İran müharibəsi ABŞ-nin diqqətini TRIPP-dən yayındırırmı?
Təhlilçi bunun belə olmadığını, marşrutun Tramp administrasiyası və
şəxsən prezident Donald Tramp üçün çox önəmli olduğunu qeyd edir:
"Layihə onun adını daşıyır, bu, böyük prestij məsələsidir. Yəni,
Vaşinqtonun layihəni reallaşdırmaq üçün güclü motivasiyası var.
TRIPP-in maliyyə çatışmazlığı ilə üzləşmə riskinə gəlincə, Tomas de
Vaal bildirir ki, Sünikdən Naxçıvana qədər cəmi 42 kilometrlik
dəmir yolu üçün maliyyəni müxtəlif mənbələrdən tapmaq mümkündür.
Bu, Azərbaycan və Türkiyə kimi regional oyunçular, Körfəz ölkələri,
ABŞ, Avropa İttifaqı və beynəlxalq maliyyə qurumları ola bilər:
"TRIPP-dən kənar layihələr daha problemlidir. Məsələn,
Qars-Dilucu dəmir yolu təxminən 2.5 milyard dollara başa gələ
bilər. Dağlıq relyef və tunellər bu məbləği artıra bilər. Amma
TRIPP üçün maliyyənin tapılacağına əminəm".
Azərbaycanın Paşinyanın güclənməsini
istəyirmi?
İyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək, baş nazir
Nikol Paşinyan yenidən seçilməyə çalışır. Moskva ilə illərdir
gərginlik yaşanır, Qarabağ məsələsinə görə daxili tənqidlər
səslənir. Qərb Rusiyanın mümkün təsirini azaltmaq üçün yetərincə iş
görürmü? Tomas de Vaalın fikrincə, Qərb pərdəarxası kifayət qədər
ciddi işlər görür. Məsələn, Fransa və ABŞ-nin təhlükəsizlik dəstəyi
Paşinyanın fiziki mühafizəsini təmin edir. Rusiyanın Ermənistandakı
səylərini isə təhlilçi çox da uğurlu saymır, bundan ötrü güclü
müxalifət lazımdır, amma belə bir qüvvə yoxdur.
"Azərbaycan üçün də maraqlı sual budur ki, Bakı
Ermənistanda güclü rəhbərliyin olmasını istəyirmi? Bəziləri "bəli"
deyir, digərlərinin fikrincə, daha güclü Paşinyan daha müstəqil və
Qərbə yaxın olar və bu da Azərbaycan üçün problemlər yaradar.
Ümumilikdə isə, Paşinyan ciddi qələbə qazanmasa,
təəccüblənərəm", – deyə Tomas de Vaal fikrini
yekunlaşdırır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.