İran tərəfi ABŞ ilə sülh danışıqlarının ikinci raundunda iştirak
etməyi planlaşdırmır.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi aprelin
20-də bildirib.
Bundan öncə Ağ ev aprelin 20-də keçiriləcək danışıqlar üçün
nümayəndə heyətinin Pakistana yollandığını bildirmiş, İranın dövlət
mediası isə Tehranın nümayəndə göndərməyəcəyini xəbər vermişdi.
Bəqayi həftəlik brifinqdə vurğulayıb ki, "İran danışıqlar prosesini
davam etdirmək ilə bağlı qərarı öz milli maraqları və
narahatlıqları əsasında verəcək".
O, ABŞ-nin İran gəmisini ələ keçirməsini "təcavüz" adlandırıb, İran
rəsmilərinin hadisəni araşdırdığını bildirib.
İrandan yüksəkrütbəli rəsmi "Reuters"ə deyib ki, "nüvə proqramı ilə
bağlı fikir ayrılıqları həll olunmayıb, mövqelərdəki fərqlər
azalmayıb".
Adı açıqlanmayan rəsmi əlavə edib ki, ABŞ-nin dəniz blokadası
tərəflər arasındakı sülh danışıqlarını zəiflədir və "İranın müdafiə
imkanları, o cümlədən raket proqramı müzakirə mövzusu deyil".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.