İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik
brifinqdə deyib ki,
ABŞ diplomatiya yoluna ciddi yanaşmır, "atəşkəsi pozur".
O, ABŞ-nin aprelin 19-da İranın yük gəmisinə hücumunu, İran
limanlarına qarşı blokadanın qalmasını və Livanda atəşkəsin
icrasının gecikməsini "atəşkəsin açıq-aşkar pozulması"
adlandırıb.
İsrail və Livan aprelin 17-dən 10 günlük atəşkəs razılaşması əldə
ediblər. Bu razılaşmaya İranı müdafiə etmək üçün müharibəyə
qoşulan, İsrailə raketlər atan "Hizbullah" da daxildir. Tərəf
bir-birini atəşkəsi pozmaqda ittiham edir.
"Hizbullah" həm silahlı qruplaşmadır, həm də siyasi partiyadır,
Livanın cənubunda böyük əraziyə nəzarət edir. ABŞ onu terror
təşkilatı sayır, Avropa İttifaqı isə yalnız onun silahlı qanadını
qara siyahıya salıb.
Atəşkəs nəticəsində "Hizbullah" ilə İsrail arasında həftələrlə
çəkən ağır döyüşlər dayanıb. Ancaq İsrail Livanın cənubunda
qalmaqdadır, məqsədin burada bufer zona yaratmaq, İsrailin şimalını
"Hizbullah"ın hücumlarından qorumaq olduğu bildirilir. "Hizbullah"
isə İsrail işğalına qarşı müqavimət hüququnu saxladığını bəyan
edir.
Aprelin 20-də İsrail ordusu Livanın mülki əhalisini cənuba
qayıtmamaq barədə xəbərdar edib. Amma müharibənin didərgin saldığı
minlərlə insan evlərinə qayıtmağa çalışır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.